manera.az
manera.az

Puşkinin romanı rekord qiymətə satılıb

📅 24.01.2022 12:05

Puşkinin romanı rekord qiymətə satılıb
Tanınmış rus şairi Aleksandr Puşkinin 1833-cü ildə nəşr olunan birinci “Yevgeni Onegin” romanı bir milyon rubla satılıb. Bu barədə “MIR 24” “Litfond” hərrac evinə istinadən xəbər verir.

MANERA.AZ xəbər verir ki, kitab 1833-cü ilin martında 2000 və ya 2400 nüsxə ilə (dəqiq sayı məlum deyil) çap olunub. Aleksandr Smirdinin kitab mağazasında 12 rubla satılırdı. Bu gün kitabın yaxşı vəziyyətdə qalan nüsxələri demək olar ki, tapılmır.

Vladimir Mayakovskinin litoqrafiya ilə işlənmiş 1913-cü ilin “Mən!” əsəri də hərraca çıxarılıb. Lotun ilkin qiyməti 500 min rubl təyin olunsa da kitab 700 minə satılıb. 1837-ci ildə kağız üzərində yazılmış Mixail Lermontovun “Şeytan” poemasının ilkin əlyazması 250 min rubla dəyərləndirilib. Anna Axmatovanın 1963-cü ildə İosif Brodskiyə yazdığı məktub isə 190 min rubla satılıb.


Baxış sayı - 610 | Yüklənmə tarixi: 24.01.2022 12:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031