manera.az
manera.az

Şəhriyarın anım günündə beynəlxalq tədbir keçiriləcək

📅 09.09.2021 08:30

Şəhriyarın anım günündə beynəlxalq tədbir keçiriləcək
18 sentyabr İranda fars dili və poeziya günü kimi qeyd edilir.

Manera.az xəbər verir ki, həmin gün adı gedən ölkədə Azərbaycan, Türkiyə və Rusiyanın mədəniyyət nümayəndələrinin iştirakı ilə beynəlxalq tədbir keçiriləcək.

18 sentyabr həm də ustad Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın vəfatı günüdür.

Bu münasibətlə şairin vətəni Təbriz şəhərində möhtəşəm poeziya tədbiri planlaşdırılır.

Bu barədə İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin nümayəndəsi Qasım Nazimi məlumat verib.

O, nəzərə çatdırıb ki, cari ildə bu əlamətdar gün ilə əlaqədar beynəlxalq xarakter daşıyan tədbirlər yalnız Təbriz şəhərində deyil, Tehran daxil olmaqla İranın müxtəlif şəhərlərində də keçiriləcək.


Baxış sayı - 524 | Yüklənmə tarixi: 09.09.2021 08:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031