manera.az
manera.az

"Şərq-Qərb. Qızıl Tağ” kinomükafatının nominantlarının siyahısı açıqlanıb

📅 05.08.2021 09:18

"Şərq-Qərb. Qızıl Tağ” kinomükafatının nominantlarının siyahısı açıqlanıb
“Şərq-Qərb. Qızıl Tağ” kinomükafatının münsiflər heyəti 2020/2021 nominantlarının qısa siyahısını müəyyənləşdirib.

Azərbaycan Kinematoqrafçılar İttifaqından Manera.az-a verilən məlumata görə, onların arasında artıq bütün dünyada şöhrət qazanmış, beynəlxalq festivallarda iştirakı belə nəzərə çarpmayan, lakin milli kinematoqrafiyalar üçün hadisəyə çevrilən filmlər də var.

Cəmi 13 nominasiya üzrə olan qısa siyahıda 23 ölkədən (Türkiyə, Fransa, Rusiya, Gürcüstan, Rumıniya, Almaniya, İrlandiya, Çexiya, Polşa, Özbəkistan, İtaliya, İsrail və başqa ölkələr) 29 film təqdim edilib. Kinematoqrafiyaya töhfəyə görə nominasiya üzrə mükafat İdarə Heyəti tərəfindən müəyyən olunub.

“Şərq-Qərb. Qızıl Tağ” kinomükafatına namizəd olan ekran əsərlərinin siyahısı ilə BURADAN tanış ola bilərsiniz.


Baxış sayı - 443 | Yüklənmə tarixi: 05.08.2021 09:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031