manera.az
manera.az

Milli Kino Mükafatının builki sahibi məlum oldu

📅 15.07.2021 18:00

Milli Kino Mükafatının builki sahibi məlum oldu
Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Rafael Qənbərov Milli Kino Mükafatına layiq görülüb.

Manera.az xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən təsis edilən mükafat qurumun İdarə Heyətinin yekdil qərarı ilə verilib.

Mükafatın məbləği 2 min manatdır.

Mükafat 2 avqust Milli Kino Günündə təqdim ediləcək.

Qeyd edək ki, Milli Kino Mükafatı 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək kino mükafatıdır.

Milli Kino Mükafatının builki sahibi məlum oldu


Baxış sayı - 513 | Yüklənmə tarixi: 15.07.2021 18:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031