manera.az
manera.az

Opera və Balet Teatrının solisti ilkə imza atıb

📅 07.06.2021 10:33

Opera və Balet Teatrının solisti ilkə imza atıb
Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Afaq Abbasova bir ilkə imza atıb.

Manera.az xəbər verir ki, musiqisi Ottorino Respiginə, librettosu Alberto Doninə məxsus olan “Al Mulino” operası CD formasında yazılıb.

İtaliyanın Trieste şəhərində Cüzeppe Verdi adına Opera Teatrında yazılan əsərin baş rolu “Aniuska”nın ifaçısı Afaq Abbasova olub.

Librettonun yeni quruluşunun müəllifi Paolo Rosato, məsləhətçi və dirijor isə Fabrizio Da Rosdur.

Əməkdar artist Afaq Abbasova açıqlamasında belə bir ilkə imza atdığı üçün çox sevincli olduğunu bildirib. Onun sözlərinə görə, pandemiyadan öncə dinləyici kimi teatra gedib və sonra bu rola dəvət alıb. “Aniuska” rolunun ifa etməyi böyük məmnuniyyətlə qəbul edib. Hazır olan CD hələ ki, satışa buraxılmayacaq və dünya teatrlarına təqdim olunacaq. Gələcəkdə “Al Mulino” teatrlarda ifa olunan zaman bu disk hazır material kimi istifadə olunacaq.

Tamaşa 2022-ci ildə ilk dəfə Triest Opera Teatrında səhnəyə qoyulacaq.


Baxış sayı - 496 | Yüklənmə tarixi: 07.06.2021 10:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031