manera.az
manera.az

Qarabağ Zəfərinə həsr olunan sərgi təşkil olunacaq

📅 02.06.2021 09:22

Qarabağ Zəfərinə həsr olunan sərgi təşkil olunacaq
Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə iyunun 4-də saat 20:00-da “Böyük qayıdış. Həsrətin sonu” adlı virtual sərgi təşkil olunacaq.

Qalereyadan Manera.az-a bildirilib ki, sərgi işğaldan azad olunmuş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq, torpaqlarımızın azad olunmasında Azərbaycan Ordusunun göstərdiyi rəşadət və qəhrəmanlığa həsr olunacaq.

Sərginin virtual ekspozisiyasında Elçin Mustafayev, Şəhla Qəhrəmanlı, Fərhad Yalquzaq, Nərmin Hüseynova, Emin Seyidov, Lalə Hüseynova, Rahib Qarayev, Leyla Altunay və bir çox rəssamların işləri yer alacaq.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.


Baxış sayı - 510 | Yüklənmə tarixi: 02.06.2021 09:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930