manera.az
manera.az

“Öncə Vətəndir” adlı onlayn sərgi açılıb

“Öncə Vətəndir” adlı onlayn sərgi açılıb
Mədəniyyət və Müdafiə nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Öncə Vətəndir” adlı onlayn fotoplakat sərgisi açılıb.

Sərgi Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən ölkəmizin hərbi qüdrətinin, əsgərlərimizin yüksək döyüş ruhunun, qələbə əzmkarlığının təbliği işinə töhfə vermək, Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağ və sərhəd bölgələrinin erməni qəsbkarlarından müdafiə və azad edə biləcək potensialda hərbi qüdrətə malik olduğunu bütün dünya ictimaiyyətinə göstərmək məqsədilə təşkil olunub.

Dövlət Rəsm Qalereyasından Manera.az-a bildiriblər ki, hərbi vətənpərvərlik mövzusunda təşkil edilən sərginin ekspozisiyası Müdafiə Nazirliyinin arxivinə məxsus artilleriya silahlarından, döyüş sursatından, hərbi təlimlərdən və paradlardan çəkilmiş fotoşəkillərdən, rəssam Zaur Kantemirov və bu qalereyanın əməkdaşı tərəfindən hazırlanan plakatlardan ibarətdir.

Onlayn plakat sərgisi hər zaman sülhün tərəfdarı olan Azərbaycanın əzəli və tarixi ərazilərini, o cümlədən Dağlıq Qarabağı siyasi, diplomatik vasitə ilə, lazım gəldikdə isə hərbi yolla da qorumağa hazır olduğunu bir daha nümayiş etdirir.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (“Facebook”, “Instagram”) hesabları vasitəsilə izləmək mümkündür.

“Öncə Vətəndir” adlı onlayn sərgi açılıbБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031