manera.az
manera.az

Türk ölkələrində Novruz - Araşdırma

Türk ölkələrində Novruz - Araşdırma
MANERA.AZ Novruz bayramının türk ölkələrində necə qeyd edilməsi haqda məlumatları təqdim edir:

Türkmənistan

Novruz 1922-ci ildən Türkmənistanın rəsmi dövlət bayramı sırasına daxil olub. Bu bayram iki gün – 21-22 martda keçirilir. Türkmənlər həm də mart ayını Novruz adlandırırlar.

Novruzqabağı ev və həyətyanı sahədə təmizlik işləri aparılır, milli xörəklər bişirilir. Türkmənlərə görə, süfrə həmin gün dolu olmalı, bu ərəfədə insanlar bir-birinə qonaq getməlidirlər. Qonağa nə qədər çox kişmiş, qoz, konfet, nabat verilərsə, həmin evdə də bir o qədər bolluq olacağına inanırlar. Burada bayramın simvolu Novruz baba və gənc Bahargül hesab olunur. Səmənidən hazırlanan xörəklərin bayram süfrəsində yer almasına xüsusi fikir verilir.

Qırğızıstan

Qırğızlar da mart ayını Novruz adlandırırlar. Vaxtilə həmin gün doğulan oğlanlara adətə görə Novruzbəy, qızlara isə Novruz və ya Novruzgül adı verilərmiş. Novruz bayramı günü qar yağması yaxşı əlamət hesab olunur. Qırğız əfsanələrində qız gözəlliyini Novruzda yağan qarla müqayisə edirlər.

Bayramda üzərinə dadlı təamlar düzülmüş ağappaq süfrə salınır. İnsanlar mənzillərini qaydaya salır, təzə paltarlar geyinir, küsülülər barışırlar. Bişkek şəhərinin mərkəzi meydanı Alatao və digər rayon mərkəzlərində səhnəciklər təşkil olunur. Cıdır meydanlarında at yarışları keçirilir. İnsanlar ənənəvi Şərq xörəyi sayılan plova da qonaq olurlar.

Qazaxıstan

Qazaxlar Novruzu “Nauruz” adlandırırlar. Bu söz yazın doğulması mənasını verir. Novruzun gəlişi münasibətilə insanlar təzə paltar geyinir, bir-birlərinə qonaq gedirlər. Mərasimin əsas xörəyi tərkibinə 7 inqredient daxil olan naorız-kojedir. O, həyatın 7 elementini simvolizə edir. Bunlara ət, su, duz, yağ, un, taxıl və süd daxildir.

İnqredientlərsə öz növbəsində şadlıq, uğur, müdrüklük, sağlamlıq, firavanlıq, sürət, artım və ilahi mühafizə anlamı daşıyır. Ağsaqqalın qarşısına nauruz-koje olan 7 piyalə qoyulmalı, hər kəs 7 evə qonaq getməli və öz evinə 7 nəfəri dəvət etməlidir.

Qazaxlar bir-birlərini “koktem tudı” - yəni “yazın doğulması” deyərək təbrik edir. Axşama yaxınsa aşıqların dombra alətinin müşayiəti ilə deyişməsi - altıs başlayır. Bu, səhərə kimi davam edir. Xeyri daha çox tərif edən qalib gəlir. Qazaxıstanda Novruz bayramı rəsmi olaraq 2001-ci ildən qeyd olunur.

Özbəkistan

Özbəkistanda bayram günü menyuya xüsusi olaraq fikir verilir. Süfrədə mütləq ət bulyonunda bişirilən tərəvəzlər, plov və göyərtili pirojkilər olmalıdır. Novruzla əlaqədar olaraq buzboşi və ya kupkari adlı ənənəvi oyunlar da keçirilir. Ata minmiş igidlər bir-birinin əlindən yəhərlərindəki qoyun və ya keçini almağa çalışırlar.

Kupkariyə bayramdan 7-10 gün qabaq hazırlıq görülür. Ağsaqqallar bir yerə toplaşır, oyunun qaydalarını müzakirə edirlər. Atı seçəndə xüsusi olaraq diqqətli olmaq tələb olunur. Belə ki, onun cəldliyi və alçaqboylu olması əsas şərtlərdən biri kimi qəbul edilir. Sonra geyim seçilməlidir. Paltarın oyunçuların bir-birinə endirdikləri qamçı zərbələrinə davamlı olması mütləqdir. Ona görə də iştirakçılar sırıqlı pambıq xələt və şalvar geyinməli olurlar. Qalib gələn şəxsə xalça, sırıqlı yorğan və ya xələt hədiyyə olunur.

Türkiyə

Qaziantep və onun ətrafındakı ərazilərdə martın 22-si “Novruz sultan” adlandırılır. Diyarbəkirdə insanlar Novruz bayramı günü gəzintiyə çıxırlar. Evə gələn adam isə müxtəlif növ meyvələrə qonaq edilir. Tuncelidə kişilər alınlarına qara rəng vuraraq su mənbələrinə doğru hərəkət edir, burada onlar rəngi axıdır və dua edirlər.

Mərkəzi Anadoluda Novruz bayramı “mart doqquzu” kimi də tanınır. Anadoluda keçirilən digər mərasimlərə ağacları mart günəşinin şüalarından qorumaq üçün onlara parçaların (mart lenti) sarınmasını misal çəkə bilərik. Bu, xüsusən də Giresun şəhəri üçün xarakterikdir.

Təkirdağda Novruz soyuq günlərin bitməsi və yazın gəlməsi hesab olunur və “Novruz şənliyi” adı altında qeyd olunur. İzmir, Uşaq, Sivas və Şəbinkarahisarda ənənələr eyni olaraq qalır. Mart ayı yeni ilin başlanğıcı hesab olunduğu üçün onun ilk 12 gününə görə ilin necə keçəcəyi müəyyənləşdirilir. /kult.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
2627282930