manera.az
manera.az

Dahilərin həyatındakı qadınlar - Araşdırma

Dahilərin həyatındakı qadınlar - Araşdırma
Aytac SAHƏD

Ya vəzir, ya rəzil

Dahi şəxsiyyətlərin həyatı və həyat yoldaşları daim insanların maraq dairəsində olub. Fikrimcə, qadınlar tarixdə iz qoyan bütün şəxsiyyətlərin həyatında - fərqi yoxdur, müsbət, ya mənfi - xüsusi rolu oynayıblar. Məşhur "Hər uğurlu kişinin arxasında bir qadın dayanır" ifadəsinə ekvivalent olan "Qadın kişini rəzil də edər, vəzir də" deyimindən çıxış edərək ailə həyatında bəxti gətirən və gətirməyən şəxsiyyətlərdən bir neçəsi barədə danışmaq istərdik.

Anna və Dostoyevski

Onlar tanış olanda Anna Snitkinanın (sonradan Dostoyevskaya) 20, Fyodor Dostoyevskinin 40 yaşı olur. Bu sevgi əvvəl işgüzar münasibətlər zəminində yaranır. Anna dahi yazıçının stenoqrafçısı kimi çalışır. Beləcə, onların eşq hekayəsi başlayır və evlənməyə qərar verirlər. Evlilik həyatında əsas yük Annanın öhdəsinə düşür. Anna evi idarə edir, ailə büdcəsini tənzimləyir, bununla bərabər, yazıçıya yaradıcılıq işlərində də kömək edirdi. O, korrektədən sonra yazıları bir də oxuyur, stenoqrafçılıq işinə davam etdidir, həmçinin, yazıçının kitablarının nəşri və satışı ilə məşğul olurdu. Dostoyevskinin qumar düşkünlüyü isə onların ailə həyatına olduqca pis təsir edirdi. Buna baxmayaraq, Anna ərini atmır. Dostoyevskinin qumarı tərgitməsində də Annanın mühüm təsiri olub. Bütün etdiyi fadəkarlıqlara baxmayaraq, Anna özünü Dostoyevskidən üstün bilmirdi. Dostoyevski də qadını çox sevir və onun fədakarlıqlarına biganə qalmırdı. Aşağıdakı cümlələr bu sevginin bariz sübutudur:

"Əziz mələyim, Anna! Qarşında diz çökür, sənə sitayiş edir və ayaqlarını öpürəm. Əziz dostum, on il səni sevdim, bəzən mübahisələr etsək də, sözümüz çəp gəlsə də, yenə səni ölənə qədər sevdim".

Nabokov və Vera

Onlar tanış olanda Vladimir Nabokovun cəmi 24 yaşı vardı. Nabokov dəfələrlə müsahibələrində qeyd edib ki, Vera olmasaydı, o, yaza bilməzdi. Nabokov kitablarının əksəriyyətini də "Həyat yoldaşım Veraya" ithafı ilə yazıb.

Bu qadın bu sevgiyə həqiqətən də layiq idi. Vera Slomin (Nabokova) 1902-ci ildə Sankt-Peterburqda varlı yəhudi ailəsində doğulmuşdu. Yüksək təhsil görmüş savadlı, ziyalı bir xanım idi. Veranın ailəsi 1921-ci ildə kommunist rejiminin Rusiyada möhkəmləndiyini görüb ölkəni tərk etmişdi. Mühacirlərin sevimli şəhəri Berlində yaşayırdılar. Nabokovla da elə orada, Almaniyanın paytaxtında tanış olmuşdular. Vera Vladimiri tanıdığı gündən onun istedadına inanmış və ona dəstək olmaq üçün əlindən gələni etmişdi. Sorbannada təhsil zamanı o, özünü perspektivli tələbə kimi göstərməsinə baxmayaraq, Nabokovla tanışlıqdan sonra öz işlərini bir kənara qoyub özünü bütünlüklə ərinə həsr etməyi qərara alır. Bu illər ərzində o, özünün elmi işlərindən bircə nüsxəni də saxlamamışdı. Əvəzində isə ərinin qələmindən çıxan hər bir səhifənin səliqə-sahmanla üzünü köçürür, nüsxəsini çıxarır və arxivində qoruyurdu. Veranın gördüyü işlərdən danışarkən təkcə bunu qeyd etmək kifayətdir ki, Nabokovun yaradıcılığının zirvəsi olan "Lolita" romanının əlyazmasını yazıçı yandırmaq istəyərkən Vera özünü yetirib əlyazmasını ocaqda yanmaqdan xilas edir. Təsəvvür edin, Vera olmasaydı, "Lolita" da olmayacaqdı. O, sözün hər mənasında ərinin dəstəkçisi idi. Vera ərinin əsərlərini redaktə edir, nəşriyyatlarla danışır, hətta yazıçının sürücüsü rolunda da çıxış edirdi. Xanımı maşın sürərkən yazıçı yeni yaradıcılıq ideyaları ətrafında rahat düşünə bilirdi. Bir sözlə, Nabokovun Vera haqqında dediyi "mənim sehrli nağılım" ifadəsi onun layiqli təsviri idi.

Atatürk və Lətifə xanım

Qazi Mustafa Kamal Qurtuluş savaşı illərində İzmirdə iqamətgah kimi etibarlı bir yer axtararkən, ona İzmirin nüfuzlu ailələrindən olan Uşaklıgilzadələrin köşkünü məsləhət görürlər. Həmin vaxt ailə Avropada olduğundan köşkdə evin qızı Lətifə xanım nənəsi ilə birgə yaşayırmış. Mustafa Kamal və onun dostlarını hörmətlə qarşılayan ev sahibi onları bir müddət qonaq edir. Beləcə, Mustafa Kamalla Lətifə xanımın tanışlığı baş tutur. Lətifə xanım Fransanın Sarbonna Universitetində təhsil almış, dünyagörüşlü bir qız olub. O, evlərində qaldığı müddətdə öz davranışı ilə paşanın hörmət və etimadını qazanır. Hissləri qarşılıqlı olan paşa Lətifə xanımla evlənmək qərarına gəlir. Sadə bir nikah mərasimi ilə münasibətlər rəsmiləşdirilir.

Aralarında 20 ilə yaxın yaş fərqi olmasına baxmayaraq, cütlük evliliklərinin ilk dönəmlərində çox mehriban dolanırmış. Lətifə xanım həyat yoldaşına mənən dəstək olar, bir çox səfərlərində onu yalnız buraxmazmış. Musatafa Kamal Lətifəyə "Latif" deyə müraciət edərmiş. O isə Atatürkə sadəcə "Kamal" deyirmiş. Lakin cütlüyün mehribanlığının ömrü uzun sürmür, bir müddət sonra aralarında söz-söhbət yaranır, mübahisələr çoxalır. Lətifə xanım anasına yazdığı məktublardan birində ailə həyatındakı çətinlikləri belə təsvir edir: "Hakikatən, annecigim, evlilik zor bir sanatmış".

İsmət Bozdağın yazdığına görə, bir axşam baş verən hadisə kasanı daşıran son damla olur. Həmin gün Musatafa Kamal evə gec gəlir, sarayın qapısı önündə duran gənc əsgərlərlə söhbət edərkən Lətifə xanım balkondan əsəbi halda "Kemal, buraya gel! Mahalle arkadaşlarınla yarenlik bitti, şimdi asgerlerlemi içli-dışlı oluyursun? Buraya gel diyorum!" söyləyir. Atatürk heç bir söz demədən içəri keçir və öz-özünə "artıq oyun bitməli" deyir. İş otağına keçərək boşanmanı rəsmiləşdirməyi lazımi şəxslərə əmr edir. Bununla da 2 il 6 ay 4 gün sürən evlilik bitir.

Bəxtsiz Sokrat

Deyilənə görə, Sokratın həyat yoldaşı sarıdan bəxti gətirməyib. Arvadının çətin xasiyyəti onu lap bezdirərmiş. Rəvayətə görə, bir dəfə yaxın dostu ilə evlərinə gələn Sokrat arvadının həmişəki kimi deyindiyini görüb, sakitcə keçib əyləşir. Həyat yoldaşı isə Sokratın dostuna məhəl qoymadan deyinməyə davam edir. Sokratın hələ də susduğunu görən qadın hirsindən əlindəki suyu Sokratın başına tökür. Sokratın son dərəcə soyuqqanlığını görən dostu "niyə arvadının cavabını vermədin?" - deyir. Sokrat isə "göy guruldayandan sonra, həmişə yağış yağır", - cavabını verir. Deyilənə görə, məşhur "Evlənməkdə qorxulu heç nə yoxdur. Sadəcə, əgər arvadınız yaxşıdırsa, xoşbəxt, pisdirsə, filosof olarsınız" aforizminin ilham mənbəyi məhz bu hadisə olub. /525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31