manera.az
manera.az

Rejissorumuzun ekran əsəri "Ən yaxşı xarici film" seçildi

📅 22.12.2020 09:40

Rejissorumuzun ekran əsəri "Ən yaxşı xarici film" seçildi
Azərbaycanlı rejissor Elmar Bayramovun "Let me run" ("İzn ver qaçım") qısametrajlı filmi Londonda keçirilən "Fighting Spirit Film" beynəlxalq kinofestivalında "Ən yaxşı xarici film" mükafatına layıq görülüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Manera.az-a verilən məlumata görə, ABŞ-ın Pensilvaniya ştatında yaşayan E.Bayramovun rejissoru və ssenari müəllifi olduğu ekran əsəri fiziki qüsurlu Orxan adlı gəncin həyat hekayəsindən bəhs edir. Əsərin qəhrəmanı bütün çətinliklərə baxmayaraq, məqsədinə nail olmaq üçün maneləri dəf edir.

Filmdə əsas rolu Tural Manafov ifa edir. Filmin prodüserləri Könül Kəngərli, Klara Brotons Merkadal, Alan Goldberg və Zeke Ramazan Geisdir.

Qeyd edək ki, indiyə qədər "İzn ver qaçım" qısametrajlı filmi Los Angeles, Nyu-York və Torontoda keçirilən beynəlxlaq kinofestivallarda da müxtəlif nominasiyalar üzrə qalib olub.

Rejissorumuzun ekran əsəri "Ən yaxşı xarici film" seçildi


Baxış sayı - 501 | Yüklənmə tarixi: 22.12.2020 09:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031