manera.az
manera.az

Pəncərə tərində bir şeir yazdım - Yeni şeirlər

📅 19.12.2020 15:11

Pəncərə tərində bir şeir yazdım - Yeni şeirlər
MANERA.AZ gənc şair Furqanın 2 yeni şeirini təqdim edir.

Yoxa çıxmalar

pəncərə tərində bir şeir yazdım
və izlədim qafiyələrin
aşağı sürüşməyini -
yoxa çıxdı şeir!

pəncərə tərində
məktub yazdım dostlarıma
və izlədim sözlərimin
aşağı sürüşməyini -
yoxa çıxdı dostlarım bir-bir!

pəncərə tərində
tərcümeyi-halımı yazdım
və izlədim illərin
aşağı sürüşməyini -
yoxa çıxdı tarix!

indi bir pəncərə qalıb, bir mən -
mən də bir azdan
yoxa çıxacam!

Hüzur

indi əsən küləklərdən daha çox
əsməyən küləklərin
ağacı olmaq istəyirəm -
yarpaqsız,
çiçəksiz,
meyvəsiz...

indi yağan yağışlardan daha çox
yağmayan yağışların
buludu olmaq istəyirəm -
kölgəsiz...

indi çaxan şimşəklərdən daha çox
çaxmayan şimşəklərin
göy üzü olmaq istəyirəm -
tərtəmiz,
heçnəsiz...

/kulis.az/


Baxış sayı - 789 | Yüklənmə tarixi: 19.12.2020 15:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031