manera.az
manera.az

Gözümə Qarabağ torpağı tökün - Şeirlər

Gözümə Qarabağ torpağı tökün - Şeirlər
Cavad ZEYNAL

Gözümə Qarabağ torpağı tökün

Gözümə Qarabağ torpağı tökün,
Yad torpaq gözümü yuması deyil.
Nə ağa bürüyün, nə bezə bükün,
Ürəyim ayrı şey uması deyil.

Sinəm sızıldayıb, tel bilir bunu,
Bağrım cızıldayıb, dil bilir bunu,
Nə həsrət çəkmişəm, el bilir bunu,
Gözümə Qarabağ torpağı tökün.

Bir ömrə bərabər illər itirdim,
Bayatı qoxuyan dillər itirdim.
Elə səpələndim - ellər itirdim,
Gözümə Qarabağ torpağı tökün.

Ölümə nə var ki, özü gələcək,
Hərlənib, fırlanıb düzü, gələcək.
Canımı alanda üzü güləcək,
Gözümə Qarabağ torpağı tökün.

Ömrümə gün doğub, baxtıma baxın,
Daralan, tükənən vaxtıma baxın.
Xalçalı, kilimli taxtıma baxın,
Gözümə Qarabağ torpağı tökün.

Dünyadı, bilirəm gəlim-gedim var,
Həyatdı, görürəm ölüm-itim var.
Mənim qayıtmağa bir ümidim var,
Gözümə Qarabağ torpağı tökün.

Söz deyən heç vədə sözünü udmaz,
Haqq bilən həqqini danmaz, unutmaz.
Vətən torpağıdı - gözümü tutmaz,
Gözümə Qarabağ torpağı tökün,
Gözümə Qarabağ torpağı tökün.
29.10.2020

Torpaqlarına qovuşan həmvətənlərimə

Geri durun, siz Allah,
Məni tənha buraxın.
İməkləyim körpətək,
Mənə qıraqdan baxın.

Dizim baxmır sözümə,
Özü çökür torpağa.
Elə əsir, titrəyir,
Gözü çökür torpağa.

Toxunmayın izimə,
İzim dalımca gəlir.
İməkləyir əllərim,
Dizim dalımca gəlir.

Xatirələr dillənir,
Qaçaq düşür dincliyim.
Uşaqlığım boylanır,
Əl eyləyir gəncliyim.

Ovuclayıb torpağı
Gözlərimə təpirəm.
Sevincimdən yağışı
Gözlərimdən səpirəm.

Dolmuşam bulud kimi,
Qəhər boğur içimdən.
Allah, bu nə möcüzə -
Səhər doğur içimdən.

Sual idi qamətim,
Dönüb nida oluram.
Vətənimdə elə bil
Təzədən doğuluram.

24.10.2020Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31