manera.az
manera.az

TƏBİB sədri: Əhalinin 20 faizi vaksinasiya olunacaq

📅 24.09.2020 09:55

TƏBİB sədri: Əhalinin 20 faizi vaksinasiya olunacaq
Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vaksinasiya olunacaq.

Manera.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib:

"Yəqin ki, bu həftəsonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq. Risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq mühafizə orqanları, eyni zamanda əhalinin yanaşı xəstəliyi olan hissəsi, o cümlədən, dializ xəstələri, şəkərli diabet xəstələri, ürək, qan-damar xəstəlikləri, böyrək çatışmazlığı olan və digər xəstəliyi olan şəxslər daxildir. Vaksinasiya könüllü xarakter daşıyacaq".


Baxış sayı - 574 | Yüklənmə tarixi: 24.09.2020 09:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031