manera.az
manera.az

Türkiyədə COVID-19 peyvəndinin ilkin sınaqlarına başlanıldı

📅 23.09.2020 11:09

Türkiyədə COVID-19 peyvəndinin ilkin sınaqlarına başlanıldı
Türkiyədə COVID-19-a qarşı peyvəndin sınaqlarına başlanılıb.

Bu barədə Türkiyənin Hacettepe Universitetinin professoru Murat Gökova məlumat verib.

Bildirilib ki, ilkin mərhələdə peyvənd yüksək yoluxma riski altında olan 20 könüllü səhiyyə işçisinə tətbiq edilib.

Ötən həftə peyvənd edilən şəxslərdə indiyədək heç bir mənfi təsir aşkarlanmayıb.

Professor adı çəkilən universitetdə daha 1200 tibb işçisinə peyvəndin tətbiq olunacağını, bu həftədən etibarən başda İstanbul olmaqla ölkənin bir çox tibb müəssisələrində peyvəndləmə işlərinə başlanılacağını deyib.


Baxış sayı - 598 | Yüklənmə tarixi: 23.09.2020 11:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031