manera.az
manera.az

Avropada yoluxmalara görə yeni məhdudiyyətlər elan edilir

Avropada yoluxmalara görə yeni məhdudiyyətlər elan edilir
Avropada Danimarkadan tutmuş Yunanıstanadək bir çox ölkələr sentyabrın 18-dən koronavirus pandemiyası ilə bağlı yeni məhdudiyyətlər tətbiq etməyə başlayıblar.

Britaniya təkrar karantin elan edə biləcəyi barədə məlumat verib.
Britaniyada son sutka ərzində COVID-19-a yoluxanların sayı iki dəfə artaraq 6 minə çatıb.
Şimali İngiltərədə xəstəxanalara gətirilənlərin sayında kəskin artım müşahidə edilib.
Britaniyanın baş naziri Boris Johnson deyib ki, ölkədə koronavirus epidemiyasının ikinci dalğası artıq qaçılmaz görünür.
O bildirib ki, hökumət ikinci karantinə girmək istəməsə də, yeni məhdudiyyətlər tətbiq oluna bilər.
İnfeksiyalar son iki ayda bütün Avropa boyunca artmaqdadır. Xəstəxanaya qəbul və ölüm halları xüsusilə də İspaniya və Fransada artıb.

İndiyədək koronavirus pandemiyasından ən çox zərər görmüş İspaniya paytaxt Madrid də daxil yoluxmaların intensiv olduğu bölgələrdə hərəkət məhdudiyyəti tətbiq etməyə hazırlaşır.
İspaniyada indiyədək 850 min nəfər koronavirusa yoluxub.
Bu ölkədə insanların 6 nəfərdən çox olmayaraq toplaşmasına icazə verilir. Buna baxmayaraq adamların işə getməsinə heç bir məhdudiyyət qoyulmayacaq.
Hökumət bildirir ki, mümkün iqtisadi ziyan təkrar karantinə girməyi mümkünsüz edir.
Fransanın Nitsa, Marsel və Bordo şəhərlərində 10 nəfərdən artıq adamın bir yerdə toplaşması qadağandır.
Fransada sentyabrın 18-də 13 min 200 yeni yoluxma qeydə alınıb. Bu, pandemiya başlanandan bəri ən böyük birgünlük yoluxmadır.
Danimarkada son sutkada 454 yeni yoluxma olub. Bu, aprel ayında qeydə alınmış 473 rekorduna çox yaxındır.
İslandiyada əyləncə mərkəzləri və barlar 4 gün müddətinə bağlanıb.
Dublində qapalı restoranlar qadağan edilib.
Hollandiyada son bir gün ərzində 1972 yoluxma qeydə alındıqdan sonra baş nazir Mark Rutte yeni məhdudiyyətlərin tətbiq olunacağını bildirib.
Reuters agentliyi yazır ki, Avropa ikinci karantin elan etmiş İsraildən nümunə götürməli olmayacağına hələ də ümid bəsləyir.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031