manera.az
manera.az

Elçin Hüseynbəylidən yeni roman

📅 08.09.2020 12:08

Elçin Hüseynbəylidən yeni roman
Yazıçı Elçin Hüseynbəylinin yeni romanı nəşrə hazırlanır.

Bu barədə yazıçının özü məlumat verib. “Vida” adlanan yeni romanının artıq çapa getdiyini bildirən yazıçı, əsərin əsasında kinossenari yazdığını artıq rejissorlarla müzakirələrə başlanıldığını da qeyd edib.

“Vida” romanı yazıçının “Gözünə gün düşür” hekayəsi əsasında qələmə alınıb. Əsərdə işğal altında olan yurdu ilə vidalaşmağa və orda ölməyə gedən, çarəsiz xəstə həkimin iztirablarından bəhs olunur.

Elçin Hüseynbəyli karantin müddətində yaradıcılığa daha çox zaman ayırdığını vurğulayıb:

“ Bundan başqa uşaqlar üçün “Dəniz və dostları” kitabını yazmışam. Artıq o kitab da nəşriyyatdadır. “Komadakı mən” romanımı və “Pərixan sultan” tarixi romanımı işləyirəm. Əhməd bəy Ağaoğlu haqqında romana hazırlıqlar aparıram”. /kulis.az/


Baxış sayı - 1 010 | Yüklənmə tarixi: 08.09.2020 12:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930