manera.az
manera.az

Qaşqay türkləri ilə bağlı kitab nəşr olunub

📅 02.09.2020 06:59

Qaşqay türkləri ilə bağlı kitab nəşr olunub
Folklorşünas, publisist Əli Şamilin "Qaşqaylar və onların folkloru" adlı kitabı işıq üzü görüb.

Qaşqaylar mübarizliyi və döyüşkənliyi ilə seçilən elat bir xalqdır. Sayları üç milyondan çox olan bu xalq İran İslam Respublikasının güneyində, indiki Fars ostanında və ətrafında yaşayır. Bir milyona yaxın insan isə özünü Qaşqay saysa da, farslar arasında assimlə olduğundan ana dilində danışa bilmir. Azərbaycandan iki min kilometr uzaqda, İran İslam Respublikasının güneyində yaşayan Qaşqaylar ləhcələrimizi, folklorumuzu, adət-ənənələrimizi qoruyub-saxlayıblar.

"Elm və təhsil" nəşriyyatından çap olunan kitaba Qaşqay elinə səfərlərlə bağlı yazılar, Qaşqayların Azərbaycanla bağlılığından bəhs edən məqalələr, eləcə də folklor nümunələri daxil edilib.

Kitabın layihə rəhbəri akademik Muxtar Kazımoğlu (İmanov), redaktorları filologiya üzrə fəlsəfə doktoru Arif Rəhimoğlu, Əlipənah Bayramovdur. Məsləhətçilər Əmin Cahangirniya, Cəfər Eyvəzi Yadıkuri, Ərsalan Mirzayidir.

Kitab Ərsalan Mirzayinin "Biz türkək, biz qaşqayiyək" şeiriylə başlayır.

Kitabda ön söz yerində müəllifin "Kitabı hazırlayarkən" adlı məqaləsi yer alıb. Məqalədə Əli Şamil materialları toplama prosesindən, çətinliklərindən danışır. /525.az/

Qaşqay türkləri ilə bağlı kitab nəşr olunub


Baxış sayı - 781 | Yüklənmə tarixi: 02.09.2020 06:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031