manera.az
manera.az

Tanınmış yazarın hekayəsi nüfuzlu özbək nəşrində

📅 17.08.2020 14:19

Tanınmış yazarın hekayəsi nüfuzlu özbək nəşrində
Beynəlxalq "Alaş" Ədəbi Mükafatı laureatı, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalının yeni hekayəsi Özbəkistanda çap olunub.

Manera.az xəbər verir ki, qardaş ölkənin istedadlı gənc yazarı Rəhmət Babacan tərəfindən özbəkcəyə uyğunlaşdırılan hekayə "Mən ölürəm, İradə" adlanır.

Hekayənin çap olunduğu "İnsan və qanun" qəzeti Özbəkistan Respublikası Ədliyyə Nazirliyinin orqanıdır, əsasən abunə yolu ilə yayılır və qardaş ölkənin nüfuzlu nəşrlərindən sayılır.

"İnan və qanun"un baş redaktoru tanınmış yazıçı-dramaturq, publisist Qoşqar Norkobildir.

Ə.Qoşalı bu qəzetdə çap olunan ilk yeni nəsil yazarımızdır. Yazar bundan öncə Özbəkistanın "Kitab dünyası", "Yaşlek", "Gün", "Termez Universiteti", və b. nəşrlərində də çıxış edib; şeirləri Azərbaycan şairlərinin özbəkcə gün üzü görən antologiyalarında yer alıb. Ə.Qoşalı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xətti ilə çıxmış "Özbək şeir çələngi"nin də redaktoru olub.

Tanınmış yazarın hekayəsi nüfuzlu özbək nəşrində


Baxış sayı - 506 | Yüklənmə tarixi: 17.08.2020 14:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031