manera.az
manera.az

Qayğı - Hekayə

Qayğı - Hekayə
Elşən məktəbdən çıxıb evə gedirdi. Yolda qonşuluqda yaşayan Kərimlə rastlaşdı.

Salamlaşdılar. Kərim doqquzuncu sinfi bitirmişdi, heç yerdə oxumurdu. Kərim qolunu Elşənin boynuna salıb, mehribancasına dedi:
- Elşən, bir qazanc yolu bilirəm. Yaxşı pul qazana bilərik. Özümüzə dondurma alarıq, interklubda oyun oynayarıq.

Elşən maraqla Kərimə baxdı.
- Hə, nə baxırsan? İstəyirsən sabahdan mənimlə gedək. Görərsən, razı qalacaqsan.
- Məni hara aparmaq istəyirsən? – deyə Elşən maraqla soruşdu.
- Səhər gəl gedək. Yolda dayanarıq, keçən maşınların təkərlərini qaraldarıq, bu işlə də pul qazanarıq.
- Axı, nənəm razı olmaz, - deyə Elşən etiraz etmək istədi. Amma qonşunun təklifi onun marağına səbəb oldu.
- Nənən haradan bilir? O bütün günü işdədir. O evə gəlincə biz qayıdacağıq.
Elşən nənəsi ilə qalırdı. Nənəsi səhərdən axşama kimi kafedə qab yuyur, özlərinə çörəkpulu qazanırdı.

Ertəsi gün məktəbdən çıxanda Kərim Elşəni tində gözləyirdi, onun əlində su ilə dolu vedrə və sürtgəc var idi.
- Hə, gedək? – deyə Kərim soruşdu.
- Qoy çantamı evə qoyum, gəlirəm, - deyə Elşən qaça-qaça evə getdi.
Onlar bir yerdə maşınların sıx olduğu bir küçəyə gəldilər.

... Elşən maşınlara əl edib onları saxlatdırır, tələsik təkərləri qaraldar və ona çatacaq "zəhmət haqqı”nı alırdı. Düzdür, bu həmişə alınmırdı, ona əhəmiyyət verməyən, hətta əsəbiləşib acı söz deyənlər də olurdu. Lakin son nəticədə o, bir neçə saata nəsə qazanırdı. Kərim Elşənin qazandığı pulları ondan alır, ona və özünə yemək, dondurma alırdı. Qalan pulları isə özünə götürürdü.

Beləliklə, bir neçə gün keçdi. Növbəti günlərin birində Elşən maşınlara əl edən zaman maşın saxladı. Elşən tez vedrəni götürüb, təkərləri yumaq istədi. Lakin maşından düşən qadın Elşənə yaxınlaşdı, vedrəni onun əlindən alıb, adını, ünvanını, yaşayış şəraitini soruşdu. Elşən qorxa-qorxa qadının suallarına cavab verdi. Qadın onun qorxduğunu hiss edib mehribanlıqla Elşənin başını sığalladı.

- Sabahdan belə işlə məşğul olma, dərslərini oxu.
Elşən qorxa-qorxa:
- Yaxşı, - dedi.
Elşən evlərinə gəldi. Həmin qadın yadından çıxmırdı, "görəsən, o kim idi?”

Axşam nənəsi ilə birlikdə şam yeməyi yeyirdilər. Bu vaxt qapı döyüldü. Elşən qaçıb qapını açdı. Gözlərinə inanmadı. Küçədə onunla söhbət edən qadınla başqa bir qadın qapıda durmuşdular. Elşən duruxdu. Arxadan nənəsinin səsi onu ayıltdı:
- Kimdir? Gəlin içəri.

Elşən qonaqlarla birlikdə evə keçdi. Qonaqlar Elşənin valideynləri barədə soruşdular. Onların hər ikisinin avtomobil qəzasında həlak olduğunu bildikdə ona veriləcək təqaüdlə maraqlandılar.
- Nəvəm təqaüd almır. Mən savadsız qadınam, nə etmək lazım olduğunu bilmirəm, - deyə nənə başını aşağı saldı.

Mənim adım Gülnar xanımdır. Nə köməklik lazımdır biz edəcəyik. Elşənin təqaüdünü də düzəldəcəyik. Amma, qoy, o dərslərini oxusun. Nə ehtiyacınız olsa, bizə zəng edin. Bu cür uşaqlar cəmiyyətimizdə çox deyil. Bizim dövlətin qanunları bütün uşaqların hüquqlarını qoruyur. Uşağın əsas vəzifəsi cəmiyyətdə davranış qaydalarına əməl etmək, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, böyüklərə hörmətlə yanaşmaq və ətraf mühiti qorumaqdır.

Təyyarə Əsgərova,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031