manera.az
manera.az

Sənətin sevda yolu - Münəvvər Əliyeva

Sənətin sevda yolu - Münəvvər Əliyeva
Görkəmli şairimiz Mikayıl Müşfiqi xatırlamaq, onun şeir dünyasına səyahət etmək bir başqa aləmdir ki, bunu seyr edənlər bilər...

Və şeirin zirvəsində duran bu insanın, bir də həyat, sevda yolu var ki, onu da rejissor öz yorumunda bizə çatdırır. Bu yolu izləmək həyəcanlı, iztirablı anları yaşamaq asan olmasa da biz tamaşaçılar buna hazırıq...

Söhbət Azərbaycan Dövlət Dram Teatrında Azərpaşa Nemətovun quruluşunda hazırlanan "Ah, bu uzun sevda yolu" tamaşasından gedir...

Azərpaşa Nemətovun rejissor yozumu, peşəkarlığı, özünəməxsus traktofkası əlbəttə ki, tamaşaçıya yaxşı tanışdır.

Və bütün bunlarla yanaşı, professional aktyor heyətinin düzgün seçilməsi, aktyorların üzərinə düşən missiyanın onlar tərəfdən layiqli yerinə yetirilməsi, növbəti uğurlu səhnə əsərini meydana gətirir ki, bu da bütövlükdə Azərbaycan teatrının uğurudur.

Bu gün söhbət açacağım aktrisa Münəvvər Əliyeva ilə bu tamaşada 4-cü görüşümüz baş tutdu. Onda əvvəl "Qatil", "Vəsiyyət", "Köhnə telefon" tamaşalarını izləmiş və bu haqda fikirlərimi bölüşmüşdüm.

Və nəhayət bu tamaşada "Dilbər"i izləmək mənə də nəsib oldu... Kimdir Dilbər?Müşfiqin sevdalısı?, sevda yolunda özünü qurban etməyə hazır olan sevgili?, mənəvi iztirabları ilə baş başa qalan qadın?...

Bütün bu məziyyətləri bir obrazda birləşdirərək, ən xırda hissləri bütün çılpaqlığı ilə bizə çatdıran aktrisa əlbəttə ki, bu obrazı oynamadı, yaşadı !!
Sənətin sevda yolu - Münəvvər Əliyeva
Yəni özünü- Münəvvəri bir kənara qoyub büsbütün obrazla birləşdi, vahid oldu, Dilbər oldu bütün varlığı ilə... Dilbərin dağılıb parçalanan hissləri ilə çırpındı və biz tamaşaçılar bu çırpıntının səsini eşitdik. Aktrisa, öz obrazı ilə bütün səhnəyə meydan oxudu! Bəli sözün əsl mənasında bunu bacardı!Və qadın vəfasını, qadın sevgisini, qadın möhtəşəmliyini tərənnüm etdi. Aktrisanın istedadı çoxşaxəlidi... Kübar xanımları çox ustalıqla, fakturasına yaraşan bir tərzdə yaratmağı bacarmaqla yanaşı, eyni zamanda sosial durumundan asılı olmayaraq, ayrı ayrı psixoloji duruma malik qadınları da bizə eyni ustalıqla göstərməyi bacarır.

Ümumiyyətlə düşünürəm ki, çoxçalarlı istedada malik aktrisa səhnədə Təhminəni, Afəti, Kleopatranı oynamaq gücünə malikdir və yəqin ki, rejissorlar da onda olan bu potensialı görür və bundan yararlanacaqlar ki, nəticədə biz tamaşaçılara xoş anlar bəxş edəcəklər.

"Dilbər" obrazını yaratmaqla Münəvvər xanım daha bir sevgi dastanına öz layiqli imzasını atdı desək doğru olar... Tamaşadan sonra gözəl şairimiz Ramiz Rövşənə yaxınlaşıram... O da həyəcanlı... O da sevincli... Müşfiqdən danışırıq... Şerin əzəmətindən danışırıq. Və nəhayət Dilbər obrazına gələndə şair: "Münəvvər xanım bizi valeh etdi, deyir. Bu qədərmi içdən, ürəkdən bir oyun mümkünmdürmü"

Bəli bu da bir şairin aktrisaya verdiyi dəyər, sevgi... Gözlənilən reaksiya... Ümumiyyətlə hər bir işin mükəmməlliyi uğura düçardır. Bu danılmaz bir faktdır.

Münəvvər xanımla növbəti maraqlı görüşümüz də baş tutdu... Səhnədə Dilbəri yaşayan aktrisa səhnə arxasında yenidən Münəvvərə qovuşdu...

Tamaşadan danışdıq... Müşfiqdən danışdıq... Bir az kövrəldik... Bir az sevindik... Onun gözlərinə baxdım... Bir böyük sevda yolunun əksini gördüm... Sənətə, teatra bağlı böyük bir sevdanın qığılcımları parlayırdı gözlərində.

Əlbəttə, hələ bu uzun sevdalı sənət yollarında hələ çox görüşlərimiz olacaq... Hələ onun çox uğurlarının şahidi olacağıq... Və hər dəfə də bu böyük sevdadan bizə də pay düşəcək... Onu sevənlərə, alqışlarla izləyənlərə!

Təranə FEYZULLAYEVAБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031