manera.az
manera.az

"Fəridə" filmi təqdim olunacaq

📅 16.05.2020 11:51

"Fəridə" filmi təqdim olunacaq
“Narimanfilm” kinostudiyası “Fəridə” tammetrajlı bədii filmin istehsalını başa çatdırıb.

Manera.az xəbər verir ki, 1994-cü ildə təsis edilən, müxtəlif diapazonlu və büdcəli layihələrin həyata keçirilməsində rol oynayan “Narimanfilm” kinostudiyası, bu dəfə Sankt-Peterburq Yeni Kino Məktəbi ilə əməkdaşlıq edərək “Fəridə” filmini çəkib.

Filmin mövzusuna əsasən hadisələr Azərbaycanın Xınalıq kəndindən başlayaraq Rusiyanın Sankt-Peterburqa şəhərində cərəyan edir. Belə ki, Fəridə adlı gənc qadın həyat yoldaşı Muradı axtarmaq məqsədilə Sankt-Peterburq şəhərinə üz tutur. Muradın harada olduğu haqqında heç bir məlumata malik olmayan qadın böyük şəhərdə bir çox çətinliklər yaşayır ki, nəticədə də onun bütün həyatı alt-üst olur.

Dram janrında lentə alınan filmin əsas çəkilişləri Sankt-Peterburq şəhərində aparılıb. Filminin premyerasının 2020-ci ilin yay aylarında Bakıda keçirilməsi planlaşdırılır.

Filmin ssenari müəllifi və rejissoru Kseniya Laqutina, operatoru Dmitriy Naqovskiy, səs rejissoru Aleksandr Demyanov, prodüseri Nəriman Məmmədovdur.

Rollarda iştirak edirlər: Məryəm İbrahimova, Abdukərim Nasirov, Dilya Ulaşeva və b.


Baxış sayı - 709 | Yüklənmə tarixi: 16.05.2020 11:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031