manera.az
manera.az

Səlim Babullaoğlu : “Doğrudan da, dostlar çətin gündə tanınırmış...”

📅 11.04.2020 08:40

Səlim Babullaoğlu : “Doğrudan da, dostlar çətin gündə tanınırmış...”
“Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!” layihəsinə start verildi.

Artıq xəbər verdiyimiz kimi Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi “Ədəbiyyat qəzeti” ilə birgə Azərbaycan Dövlət Televiziyası və Radiosunun dəstəyi ilə Koronavirus Pandemiyasının qarşısının alııması ilə bağlı tətbiq edilən karantin rejiminə öz töhfəsini vermək məqsədi ilə “#Evdə Qal” kampaniyasına özünəməxsus tərzdə və yeni layihə ilə qoşulub.

Mərkəzin sədri, şair Səlim Babullaoğlu 20 ölkədən 24 şairə ölkəmizin insanlarına mənəvi dəstək olsunlar şeir oxumaq təklifi ilə müraciət edib, şairlər də bu təklifə müsbət cavab veriblər.

Artıq dünəndən Azərbaycan Televiziya və Radiosunun efirində layihə start götürüb, şairlər öz şeirlərinin oxumağa başlayıblar.

Layihə 2 həftə ərzində davam edəcəkdir.

Səlim Babullaoğlu Manera.az-a eksklüziv açıqlamasında layihə haqqında bunları deyib:

“Bu gün yaşadığımız hadisələr bütün mənfi tərəfləri ilə, hər gün eşitdiyimiz təlaşlı statistika ilə nə qədər xoşagəlməzdirsə də, qaçılmazlığı ilə labüddür. Bu çoxlu tərəfləri ilə düşünmək, fərdi, milli, dünyəvi, sosial və b.çapda və miqyasda insanın həyatı sərf-nəzər etmək, nəyisə, birinci növbədə özünü dəyişmək üçün verilən imkandır. Və çox yaxşı ki, bizdə dövlət və hökumət bir çox vacib, qabaqlayıcı tədbirlər görüb, görməkdədir. Mən bunu xalqımız, insanlarımız, dövlətimiz üçün az itki ilə ötüşməyi üçün dua edirəm.
Səlim Babullaoğlu : “Doğrudan da, dostlar çətin gündə tanınırmış...”
Mən yalançı vətənpərvərlikdən və yersiz plakatdan uzaq adamam. Elə vəziyyətlər var ki,orda boş oturmaq olmaz. Bu vəziyyətlərdə hər kəs öz çapında hamı üçün xeyirli ola biləcək işlər görməlidir. Buna cəhd eləməlidir. Bu ideya yarandı. Mən bunu Xalq yazıçısı Anarla və “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanla məsləhətləşəndən sonra dövlət televiziyasının rəhbərliyinə niyyətimizi təklif formasında göndərdim. Onlar da sağ olsunlar, mən onlara çox minnətdaram, sabahı gün fikrimizi bəyəndiklərini və efir vaxtı verəcəklərini söylədilər. Biz o saat müxtəlif dillərdə 20 ölkədən 30-a yaxın şairə müraciət etdik.

Onların demək olar ki, hamısı bizim fikrimizi məmnuniyyətlə qarşıladılar, xalqımıza ehtiramlarını ifadə etdilər və az vaxt içində şeirlərini və xalqımıza müraciətdən ibarət eksklüziv videomaterialı mənə göndərdilər. Rusiya, Moldova, Rumıniya, Türkiyə, ABŞ, İtaliya, Almaniya, Argentina, İran, Serbiya, Belorus, Polşa, Gürcüstan, BƏƏ, Qırğızıstan, Ukrayna, Özbəkistan, Oman və Estoniyanın nüfuzlu, tanınmış, istedadlı şairləri. Mən onların hamısına dərin təşəkkür edirəm. Bilirəm ki, həmin ölkələrdə də vəziyyət asan deyil, hətta bizdən qat-qat çətin vəziyyətdə olan insanlar var.

Amma bu adamlar hər şeyə rəğmən mənə yox demədilər. Sağ olsunlar. Doğurdan da dostlar çətin gündə tanınırmış. Mən onların bu addımını həm bir həmkarları, həm də bir azərbaycanlı kimi unutmayacam heç vaxt. Düşünürəm ki, layihə iki həftə ərzində insanlarımıza bu gün həqiqətən gərəkli olan xoş, ümid dolu mənəvi impuls verəcək. Ümumiyyətlə, isə bu cür layihələr çox olmalıdır və inanıram ki, olacaq da. Bu yaxınlarda Mədəniyyət Nazirliyinin mövzu ilə bağlı hekayə müsabiqəsi elan etməsi xəbərini oxudum.

Doğrusu, çox sevindim. Çünki olduqca vacib işdir. Həm ədəbiyyat adına, həm vətəndaşlıq, həmrəylik, həmdərdlilik adına....”


Baxış sayı - 980 | Yüklənmə tarixi: 11.04.2020 08:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031