manera.az
manera.az

Sevərik sevda yandırarkən - Çağdaş Türkiyə poeziyası

Sevərik sevda yandırarkən - Çağdaş Türkiyə poeziyası
Manera.az Çağdaş Türkiyə poeziyasının tanınmış nümayəndələrindən şeirlər təqdim edir:


Cahit Külebi

Hekayə

Sənin dodaqların pəmbə,
Əllərin bəyaz,
Al tut əllərimi, bəbək,
Tut bir az!

Mənim doğulduğum kəndlərdə
Ceviz ağacları yoxdu,
Mən buna görə sərinliyə həsrətəm,
Oxşa bir az!

Mənim doğulduğum kəndlərdə
Buğda tarlaları yoxdu
Dağıt saçlarını, bəbək,
Sovur bir az!

Mənim doğulduğum kəndləri
Axşamlar quldurlar basardı
Mən buna görə yalnızlığı heç sevməm,
Danış bir az!

Mənim doğulduğum kəndlərdə
İnsanlar gülməyi bilməzdi
Mən buna görə belə naçar qalmışam,
Gül bir az!

Mənim doğulduğum kəndlərdə
Quzey dağları əsərdi,
Buna görə dodaqlarım çatlaqdı,
Öp bir az!

Sən Türkiyə kimi aydınlıq və gözəlsən,
Mənim doğulduğum kəndlər də gözəldi
Sən də danış doğulduğun yerlərdən,
Danış bir az!


Abdürrəhim Karakoç

Görüntü

Yaşılın rəngi budurmu?!
Yarpaqlar yalan söyləyir.
Köpüklənib axan sumu?!
Bulaqlar yalan söyləyir.

Sevərik sevda yandırarkən,
Nələr bitirdik baxarkən.
Əllər duaya qalxarkən,
Barmaqlar yalan söyləyir.

Maddələr olmuş məsqərə
Mənalar çəkilmiş dara...
Get də bax evdən məzara,
Torpaqlar yalan söyləyir.

Hoyrat elim, saxta gerçək,
Əlini yaxamızdan çək...
Başımız dosta gedəcək,
Ayaqlar yalan söyləyir.

Yanılmışdıq bircə kərə
Səadət hara, biz hara...
İnanmayın gülənlərə,
Dodaqlar yalan söyləyir

Bax oxunan türkülərə,
Kimi üsyan, kimi tələ...
Nə dinlərsən baxıb hələ,
Şərqilər yalan söyləyir.


Ferrahi

Bu dünyanı

Bu dünyanı başdan-başa,
Gəzəm dedim, gəzəmmədim.
Başım vurdum daşdan-daşa,
Əzəm dedim, əzəmmədim.

Dünya sərbəst, sərin imiş,
Həqiqət yar şirin imiş,
Eşq ümmanı dərin imiş,
Üzəm dedim, üzəmmədim.

Yaylaq qurdum bazarımı,
Qeyb etdim hüzurumu.
Deyər Fərrahi, məzarımı,
Qazam dedim, qazammadım.


Sedat Umran

Getdin

Getdin, dağ kimi böyüdü yalnızlıq
Tənhalığın iki ucunda indi sən varsan
Tam ortasında yoxluğun, yoxluğun, yoxluğun
O danışsa, danışar, sussa susarsan.

Getdin, daş ataraq dənizlərimə
Halqa-halqa genişlənən xatirələr qaldı
Girdin çıxmamaq üzrə dəhlizlərimə
Birdən yaşamanın dadı azaldı.

Getdin, boşaldı içində sevincin yayı
Kim öyrədəcək mənə ah, sənsiz yaşamağı?!

Yoxluğunda tapdım səni

Heç bir şey boşalan yerini ,
Doldurmaz məndə yoxluğun qədər.
Düşüncəmdə qatarlar gəlib-gedər,
Yoxluğunu daşıyar qatar-qatar.

Sənin olmadığın yerdə,
Ah artıq mən də yoxam.
Mən sən oldum, sən ackən ac,
Sən toxkən mən də toxam.

Əsir qoymadın gedərkən
Bir kölgəni belə
Kör-kötük bir sərxoşam, yeriyirəm
Devrilə-devrilə.

Yoxluğun dolandı varlığıma
Bərk-bərk sarıldı sarmaşıq kimi.
Elə itələdin, qaçırtdın ki məni,
Çaşıb qalıram mən bu qədərə.

Gəzdiyimiz çöllərdə ayaq izlərini
Tapa bilsəm, ona da razıyam.
Əvvəldən sevinclərin ən çoxuydum
İndi ən şeyin ən azıyam!../edebiyyat.az/

Azərbaycan dilinə uyğunlaşdıran: Təranə MusayevaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031