manera.az
manera.az

Çağdaş Polşa poeziyası: Piotr Mitnzer

📅 09.10.2019 17:02

Çağdaş Polşa poeziyası: Piotr Mitnzer
Manera.az çağdaş Polşa poeziyasından Piotr Mitnzerin şeirlərini təqdim edir:

***
Evimi satdım
uşaqlığımla,
qoca alma ağacıyla,
o ağacın altındakı skamyada oturan valideynlərimlə,
atamın kabinetinin qapısıyla bir yerdə...
Həyətində şam ağacı da vardı:
elə yoğundu ki arxasında gizlənmək olardı

Ayrıldım gəncliyimlə
bundan belə başqasıyla yaşasın
mənsə yeni ev pasportu taparam özümə
hələ ki varam
başqa şəhərdə başqa sahildə yaşaram.

Həm də
uşaqlığın turş almasının şirəsini
fincana sıxmaq mümkünsə
çayı harada içməyin nə fərqi?


***
Sahibsiz bir günah
heç kəs özününkü saymır onu
veyillənir şəhərin küçələrində

Hər yoldan ötənə ümidlə baxır
bəlkə kimsə özünə götürdü bu günahı
ya da bəd ayaqda
hamının günahı elan elədi

Kimsədən üzr istəmir
qorxur birdən bağışlasalar
bundan sonra necə yaşar

Tərcümə: Salam Sarvan


Baxış sayı - 1 072 | Yüklənmə tarixi: 09.10.2019 17:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930