manera.az
manera.az

İtalyan şairin "Xocalı" şeiri

📅 26.02.2020 08:18

İtalyan şairin "Xocalı" şeiri
Manera.az İtaliyalı şair Davide Qualtierinin "Xocalı" şeirini təqdim edir.

Şərqdən gələn qonağın
yükü hekayət olar –
amma mən duyduqlarım…
inanmıram dünyada
belə cinayət ola…

Uzaq, günəşli ölkədə
25 fevral gecəsi
qarlı kölgədə
qırdılar 613 günahsız adamı –
aman vermədilər biri də qaça
Xocalı şəhid oldu,
Xo-ca…

Elə bil muncuq
üzüldü sapınnan
topasına biçdilər xocalıları –
topunan…

Xocalı!
qətlinə fərman verənlər –
cani
bu zülmü görənlər –
cani!
görüb-götürənlər –
cani!
Amma göylər
götürməyəcək bu qədər qanı
and içirəm:
Tanrı canı…

Tərcümə: Qulu Ağsəs

İtalyan şairin "Xocalı" şeiri


Baxış sayı - 1 275 | Yüklənmə tarixi: 26.02.2020 08:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031