manera.az
manera.az

Sabah Azərbaycanda parlament seçkiləridir

Sabah Azərbaycanda parlament seçkiləridir
Sabah Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası fevralın 8-də səhər saat 8.00-da başa çatıb. Seçki Məcəlləsinin tələbinə görə, təbliğat-təşviqat kampaniyası səsverməyə 24 saat qalanda dayandırılmalıdır. 8 fevral "sükut" günüdür.

Manera.az xəbər verir ki, Milli Məclisə 125 yer uğrunda 1314 namizəd mübarizə aparacaq.

Seçkilərdə 20 siyasi partiya (Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Milli İstiqlal Partiyası, Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Təkamül Partiyası, Müsavat Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Liberal Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Müasir Müsavat Partiyası, Vətəndaş və İnkişaf Partiyası) iştirak edir.

Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.

Seçkilərdə səsvermə 5573 seçki məntəqəsində aparılacaq. Səsvermə, ümumilikdə, 125 dairəni əhatə edəcək. Ölkə üzrə səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-dək davam edəcək.

Seçkiləri müşahidə etmək üçün 65 min 766 yerli və 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829