manera.az
manera.az

Rübabə Muradovanın xatirəsi anılacaq

📅 29.01.2020 10:29

Rübabə Muradovanın xatirəsi anılacaq
Fevralın 21-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, xanəndə Rübabə Muradovanın xatirəsi yad olunacaq.

Manera.az xəbər verir ki, tədbir Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşacaq.

Gecədə Rübabə Muradova haqqında xoş və həzin xatirələr səslənəcək, gənc xanəndələr onun repertuarından olan mahnıları ifa edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Unudulmayanlar”, “Muğam axşamları”, “Dastan gecələri”, “Aşıq musiqisi”, “Etnik musiqi inciləri” kimi layihələrini davam etdirməkdədir.

Rübabə Muradovanın xatirəsi anılacaq


Baxış sayı - 986 | Yüklənmə tarixi: 29.01.2020 10:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930