manera.az
manera.az

Şirvan aşıqlarının konserti olacaq

📅 06.11.2019 11:28

Şirvan aşıqlarının konserti olacaq
Noyabrın 8-də Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində Şirvan aşıqları konsert proqramı ilə çıxış edəcəklər.

Muğam Mərkəzindən Manera.az-a bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun dəstəyi ilə reallaşan layihənin budəfəki konsertində tanınmış aşıqlardan Əvəzxan Xankişiyev, Əli Tapdıqoğlu, Ağamurad Şirvanlı və digər sevilən aşıqların ifaları dinləniləcək.

Layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.
Şirvan aşıqlarının konserti olacaq
Aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir. Bu silsilədən "Muğam axşamları”, "Dastan gecələri”, "Etnik musiqi inciləri”, "Aşıq musiqisi axşamları”nı qeyd edə bilərik.


Baxış sayı - 950 | Yüklənmə tarixi: 06.11.2019 11:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031