manera.az
manera.az

“Dünyanın üfüqlərini yaxınlaşdıraraq” - TƏQDİMAT | MANERA.AZ

📅 12.10.2015 12:55

“Dünyanın üfüqlərini yaxınlaşdıraraq”  - TƏQDİMAT | MANERA.AZ
/manera.azBu günlərdə Kaspian Biznes Mərkəzdə Qalib Xəlilin “Dünyanın üfüqlərini yaxınlaşdıraraq” kitabının təqdimatı keçirildi.
Mənim üçün bu təqdimat tam fərqli idi. Yəni iştirak etdiyimiz təqdimatlardan fərqlənirdi. Müəllif qonaqları salamladıqdan sonra kitab haqqında məlumat verdi. Əsərdə bir neçə mövzulara toxunulub.


Mərkəzi Kəşfiyyat İsarəsinin agenti olan Benjamin İranın nüvə proqramı ilə bağlı gizli tapşırıq alır.

O, Qazaxıstan ərazisində İranın nüvə tullantılarının basdırıldığı yerdə radiyasiya səviyyəsini ölçməlidir. Tapşırığı yerinə yetiridikdən sonra, Federal Təhlükəsizlik Bürosu, İranın əks-kəşfiyyatı və MKİ-in bəzi qurunları Beni ələ keçirməyə çalışırlar. Təqibdən qaçaraq Əfqanıstana gəlib çıxan Ben, məxfi məlumatların olduğu çipi təsadüfən tanış olduğu Xədicənin bədəninə tikir. Ben və Xədicə 27 gün ərzində Qazaxstan, Qırğızıstan, Əfqanıstan, İran, Dubay, İraq, Türkiyə, Kipr, İtaliya, Fransa və Britaniyanda onları gözləyən bütün təhlükələri keçərək ABŞ-a çatırlar. ABŞ-da isə onları daha mürəkkəb vəziyyət gözləyir: amerikanın və yaxın şərqin bəzi qrupları tərəfindən ABŞ prezidentə hazırlanan sui-qəsdin qarşısını almaq üçün, adətən bir-biri ilə mübarizə aparan qurumlar – MKİ, FTB və Çin kəşfiyyatı, əməkdaşlığa başlayırlar.
Kitabda qəhrəmanların insanlıq qarşısında dayanan geosiyasi və qlobal çağırışlar haqqında dialoqları, dini və insani dəyərlər barədə düşüncələri ilə zəngindir. Eyni zamanda əsərdə baş qəhrəmanlar – Ben və Xədicə arasında yaşanan sevgi əsas yer tutur.

Müəllif elə gözəl ardıcıllıqla danışdı ki, əsər haqqında bir anlıq özümüzü əsərin içində hiss etmişdik. Sonra söz jurnalistlərə verildi lakin müəllifin əhatəli nitqi bütün suallara özlüyündə cavab tapmışdı.
Xədicə və Benjamini daha yaxından tanımaq üçün şəhərimizdəki kitab mağazalarından kitabı əldə edə bilərsiniz.
“Dünyanın üfüqlərini yaxınlaşdıraraq”  - TƏQDİMAT | MANERA.AZ
Çinarə Ömray
MANERA.AZ


Baxış sayı - 1 501 | Yüklənmə tarixi: 12.10.2015 12:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031