manera.az
manera.az

Ruhlar sevəndə kitabı aktual müzakirə mövzusudur

Ruhlar sevəndə kitabı aktual müzakirə mövzusudur


Turan Etibaroğlu yazır...



Bakıdakı 1 nömrəli tam orta məktəbin müəllimi Sevinc Məhərrəmovanın "Xan" nəşriyyatında çapdan çıxmış "Ruhlar sevəndə" kitabı onun ilk oxucularının geniş müzakirə və mübahisəsinə səbəb olub

Povest yaşı əlli ətrafında olan dul qadın və içki aludəçisi arvadından ayrılmış kişi arasında yaşanan ülvi hisslər haqqındadır. İlk baxışdan müstəqil, həyatda zəruri maddi nemətlərə sahib,sosial problemləri olmayan, ali təhsil alıb sevimli işləri ilə məşğul , övladlarını boya-başa çatdırmış kişi və qadına yeni ailə həyatı qurmağa heç nəyin maneə olmayacağı təəssüratı yaransa da, sonra qohum-əqrəbanın, övladların şiddətli qınağı baş tuta biləcək bu izdivac qarşısında "ərəb-zəngi" kimi durur. Elə bil hamı sözləşərək qərara gəlib ki, oğul-uşağı, nəvəsi olan Nailə müəllimə Moskvada və İstanbulda iş qurub qızını və oğlunu hər cəhətdən təmin etmiş İskəndərlə evlənməsi el gözündə qəbahət sayılmalıdır, vəssalam. Yəni "hər şeyiniz var, bu yaşda evlənib bizi el içində biabır etməyin.Nə olsun ki, Nailə müəllimə vaxtında valideynlərinin təhriki ilə sevmədiyi adamla ailə qurmuşdu və həyat yoldaşı indi faciəvi surətdə həlak olub. Ya da ki, yaraşıqlı, ziyalı şıxsiyyət , dünyagörmüş, Azərbaycan üçün, öz millətindən ötrü burnunun ucu göynəyən İskəndər Vətəninə qayıdıb ona doğma olan mühitə qovuşmaq istəyir. Hər şeyin vaxtı var və bu iki sevən şəxsin qatarı artıq gedib."
Kitabda bu fikirlə "silahlanmış" obrazların xudbin düşüncələri həyatda tez-tez rastlaşdığımız reallığı əks etdirir.
Povest Sevinc Məhərrəmovanın işıq üzü görmüş ilk qələm təcrübəsi olsa da, müəllif cəmiyyətimizdə hələ də mövcud olan arxaik düşüncəli insanların özünəməxsus arqumentlərini, fərdi xüsusiyyətlərini ustalıqla təsvir edir. Qəhrəmanların xoş niyyətləri, artıq bir şəxsiyyət kimi formalaşmış qadın və kişinin sevgi məsələsinə sağlam münasibəti, eyni zamanda el qınağı qarşısında duruş gətirə bilmələri ustalıqla təqdim olunur.
Bu da sirr deyil ki, "yaşı əlli ətrafında olan oğul-uşaq sahibi evlənməməlidir " kimi düşünənlər cəmiyyətimizdə az deyil və bunun əksini deyənlər də haqlıdırlar. Beləliklə,düşüncələrdə istər-istəməz ikitirəlik yaranıb.

Ölkəmizdə müharibənin yaratdığı kişi itkilərinə, uzaqlara qazanc dalınca gedib qazana bilməyənlərə və elə oralarda itib-batanlara və digər səbəblərə rəğmən yaranmış kifayət qədər TƏKLİK faktı reallıqdır. Halbuki müqəddəs İslam dinimizdə müxtəlif bəhanələrlə subay qalmaq bəyənilmir, ailə qurmağın, halallıqla əlaqədə olmağın zəruriliyi buyurulur, ədalətli qadın-kişi münasibətləri çözülür.
Bu baxımdan "Ruhlar sevəndə" povesti bu gün həm konkret kitab oxucularına, həm də cəmiyyətimizə müzakirə üçün aktual mövzu verir.

Ruhlar sevəndə kitabı aktual müzakirə mövzusudur


Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031