manera.az
manera.az

Aqşin Yeniseydən yeni roman - FOTO

📅 17.12.2019 08:45

Aqşin Yeniseydən yeni roman -  FOTO
Yazıçı, şair Aqşin Yeniseyin yeni "Tarix və tale” romanı işıq üzü görüb.

Manera.az xəbər verir ki. "Tarix və tale” romanı əsasən Azərbaycanın müstəqillik illərini əhatə edir.

Romanda iki paralel süjet xətti mövcuddur. Birinci süjet xəttində Azərbaycanda tarixi hadisə olan ölüm hökmünün ləğvi və bu hökmlə cəzalandırılımış son məhbusların həbsxana həyatı, ikinci süjet xəttində isə imperiya əsarəti illərində məişət darısqallığına sıxışdırılan, daim bu darısqallıqdan çıxış yolu axtaran, tapa bilmədikdə bir-birini suçlayan, azadlığı yalnız bir-birilərini əzməkdə görən ər-arvadlardan ibarət minlərlə azərbaycanlı ailədən birinin ailə münasibətləri yer alır.
Aqşin Yeniseydən yeni roman -  FOTO
Hər iki süjet xətti real həyat hadisələrinə əsaslanır, bu hadisələr müəllif təxəyyülünün əlavələri ilə təqdim edilir. Müəllif bu romanında ölkənin tarixi ilə o ölkə sakinlərinin taleyi arasındakı münasibətləri, ziddiyyətli və oxşar məqamları, tarixin nə zaman taleyə, taleyin hansı anda tarixə çevrilməsi prosesini işıqlandırmağa cəhd göstərib.

Qeyd edək ki, "Tarix və tale" yazarın ikinci romanıdır. Bundan əvvəl onun "Göləqarğısancan" romanı işıq üzü görüb.

"TEASS PRESS" nəşriyyatında işıq üzü görən roman bu gündən etibarən "LİBRAFF" mağazalar şəbəkəsində satışda olacaq.


Baxış sayı - 671 | Yüklənmə tarixi: 17.12.2019 08:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031