manera.az
manera.az

Azərbaycan-özbək ədəbi əlaqələrinə yeni töhfə

📅 04.10.2019 10:11

Azərbaycan-özbək ədəbi əlaqələrinə yeni töhfə
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Mərkəzi Asiya ölkələri" şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Həşimovanın "Milli-ideoloji məsələlər konteks-tində Azərbaycan-özbək ədəbi əlaqələri" monoqrafiyası işıq üzü görüb.

Manera.az xəbər verir ki, müstəqil respublikamızın ədəbi əlaqələrini, bu əlaqələrdə milli inkişaf xüsusiyyətlərini araşdıran T.Həşimovanın dörd fəsildən, on iki bölmədən ibarət monoqrafiyası elmi-nəzəri dəyəri, aktuallığı baxımından əhəmiyyətlidir. Zəngin tarixə malik Azərbaycan və özbək ədəbi əlaqələrini çoxsaylı faktlar və materiallar əsasında araşdırma obyektinə çevirən alim, müasir Azərbaycan və özbək poeziyalarının ortaq xüsusiyyətlərini, qarşılıqlı bədii tərcümə problemlərini, müstəqillik dövründə Azərbaycan və özbək xalqlarının ədəbiyyatlarının nəzəri-tipoloji müqayisəsini, müstəqillik dövründə qarşılıqlı ədəbi nəşrləri və digər elmi-ədəbi məsələləri diqqət mərkəzində saxlayır.

Monoqrafiya müasir özbək ədəbiyyatının öyrənilməsi, türk xalqlarının inteqrasiyası baxımından, ədəbi əlaqələrin ortaq və milli inkişaf xüsusiyyətlərinin müəyyənləşməsi istiqamətində yeni və uğurlu bir əsər, müstəqil respublikalarımızın ədəbi əlaqələrinin öyrənilməsində mühüm elmi nailiyyətdir.


Baxış sayı - 811 | Yüklənmə tarixi: 04.10.2019 10:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031