manera.az
manera.az

İlham Namiq Kamalın yubileyi qeyd olunacaq

📅 31.05.2019 14:54

İlham Namiq Kamalın yubileyi qeyd olunacaq
İyunun 12-də Akademik Musiqili Teatrın səhnəsində Xalq artisti, “Şöhrət” ordenli, professor İlham Namiq Kamalın 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçiriləcək.

Manera.az xəbər verir ki, yubiley tədbirinin ssenari müəllifi Qasım Səfəroğlu, quruluşçu rejissoru Cavid İmamverdiyev, rəqslərin quruluşu Əməkdar artistlər Zakir və Leyla Ağayevalara məxsusdur.

Yubiley axşamı benefis formasında həll olunub. Benefis axşamında aktyorun səsləndirdiyi mahnılar, monoloqlar, videobloklar nümayiş olunacaq. Tədbirdə həmçinin Akademik Musiqili, Akademik Dövlət Dram, Akademik Opera və Balet, Abdulla Şaiq adına Kukla teatrlarının, həmçinin sənətkarın kafedra müdiri olduğu Mədəniyyət və İncəsənət Universitetində yetişdirdiyi, hazırda teatrda çalışan aktyorların, sənət dostu, Xalq rəssamı Arif Hüseynovun, Xalq artisti Azər Zeynalovun, Əməkdar artistlər Gülüstan Əliyevanın, Əkbər Əlizadənin, sənətkarın qardaşı, Xalq artisti Cəfər Namiq Kamalın və digərlərin təbrik və çıxışları səslənəcək. Benefis axşamında aktyorun iştirak etdiyi tamaşalardan, filmlərdən parçalar nümayiş olunacaq. Gecədə 70 yaşlı sənətkar tədbirin əvvəlindən sonunadək həm yubilyar, həm aparıcı, həm də iştirakçı kimi səhnədə olacaq.

MANERA.AZ


Baxış sayı - 1 127 | Yüklənmə tarixi: 31.05.2019 14:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930