manera.az
manera.az

Əhməd bəy Ağaoğlunun məqalələri kitab şəklində çapdan çıxıb

📅 30.05.2019 17:49

Əhməd bəy Ağaoğlunun məqalələri kitab şəklində çapdan çıxıb
“Əhməd bəy Ağaoğlu. Qafqazda milli məsələ. Məqalələr və sənədlər toplusu” çapdan çıxıb.

Manera.az xəbər verir ki, topluya daxil olan sənədlər və materiallar Ə.Ağaoğlunun XX əsrin əvvəllərində, xüsusilə 1905-1906-cı illər erməni-azərbaycanlı münaqişəsi zamanı fəaliyyətini əhatə edir.

Kitaba Ə.Ağaoğlunun Qafqazda milli məsələyə və müsəlman xalqlarının problemlərinə, 1905-1906-cı illər münaqişəsinə dair məqalələri, Ə.Ağaoğlunun dindirilmə protokolu, onun məktubları, çıxışları və s. daxil edilib.

Azərbaycan və rus dillərində nəşr olunan toplunun tərtibçisi, ön sözün, qeyd və şərhlərin müəllifi Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur.

MANERA.AZ


Baxış sayı - 1 058 | Yüklənmə tarixi: 30.05.2019 17:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031