manera.az
manera.az

Bu ölkədə yerə zibil atanlar süpürgəçi işlədilir

Bu ölkədə yerə zibil atanlar süpürgəçi işlədilir
Bu ölkədə sərxoş sürücülər çubuqla döyülür, yerə zibil atanlar süpürgəçi işləməyə məcbur edilir, yaxud min dollar cərimə olunur. Tanış olun – bir-birindən maraqlı qadağaları ilə seçilən Sinqapur!

Məşhur “Singapore is a fine city” lozunqunun iki mənası var. Birincisi, “Sinqapur – gözəl şəhərdir”, ikincisi “Sinqapur – cərimələr şəhəridir”.

Sinqapur ötən əsrin 70-ci illərində küçələri zibillə dolu, yolları avtoqəzalardan bol, adi bir şəhər olub. Hökumət müxtəlif sosial çarxlar və elanlar yazmaqla insanları maarifləndirmək, mümkün qədər şəhərin təmizliyi, təhlükəsizliyinin qeydinə qalmaq istəyib. Ancaq irəliləyiş gözə dəyməyib. Və hökumət məcburən “əjdaha qanunları”nı işə salmalı olub. Demək olar ki, bütün küçələrdə videokameralar quraşdırılıb və qaydaları pozanların tez zamanda tapılması təmin olunur.

Sinqapura səyahət edənləri ən çox təəccübləndirən şey onun həddən artıq təmiz olmasıdır. Burada küçədə siqaret çəkmək üçün xüsusi zibil qabları var. Siqaretin külünü asfalta tökəni 500 sinqapur dolları dəyərində cərimə gözləyir. Yanlış yerdə siqaret çəkməyin cəzası isə 1000 dollardır.

Metroda saqqız çeynəmək də qadağandır. Çünki sərnişinlər saqqızları əvvəllər metro qatarlarının qapılarına yapışdırır, bu da onların açılıb-bağlanmasına mane olurmuş. Metronun təmizliyi naminə içki içmək və nəsə yemək də qadağan olunub. Cəriməsi 700 dollardır.
Bu ölkədə yerə zibil atanlar süpürgəçi işlədilir
Təsəvvür edin, burada ev fikuslarını sulayan zaman qabda su saxlamağa görə cərimə tətbiq olunur! Özü də 1000 dollar dəyərində! Səbəb isə qabda qalan suyun evə ağcaqanad cəlb etməsidir. Adanın rütubətli iqlimində çoxalan ağcaqanadlar kütləvi xəstəliklər yayırmış. Hökumət ağcaqanadları məhv etdikdən sonra ölkədə malyariyanın səviyyəsi xeyli azalıb.

Küçə heyvanlarını, quşları yedirtmək, evdən fişəng atmaq, yolu düzgün yerdən keçməmək və yerə tüpürməyə görə 500-1000 dollar arası cərimə tələb olunur.

Çimərliklərin də təmizliyi olduqca yüksək səviyyədədir. Dənizə gəlib qaraldın, yedin-içdin və arxanca yığışdırmadınsa, 800 dollarından keçməlisən.
Bu ölkədə yerə zibil atanlar süpürgəçi işlədilir
Avtomobil sürərkən telefonla danışanlar əvvəlcə həbs olunur, sonra sürücülük vəsiqəsindən məhrum edilir. Sürəti cəmi 10 km/saat artıranlara 3 aylıq həbs düşür, sərxoş halda avtomobil sürəni isə çubuqla döyürlər. Çox vaxt arxalarından 6 dəfə vururlar. Sonra sərxoş sürücü 6 ayını həbsxana divarları arasında keçirir.

Yeniyetmələrə siqaret və içki satan mağazanın rəhbərini cərimələyib, bir illik həbsxanaya göndərirlər.

Tualetdən istifadə ilə də bağlı qadağalar var. Deyilənə görə, əvvəllər ictimai tualetlərə girən hər 4 nəfərdən 3-ü unitazın məlum düyməsini basmadan çıxırmış. Buna görə 600 dollar cərimə tətbiq olunandan sonra Sinqapurda tualetlər də küçələr kimi tər-təmiz olub./kulis.az/

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930