manera.az
manera.az

Bakıda məşhur amerikalı şairlə görüş olub

📅 07.04.2019 18:20

Bakıda məşhur amerikalı şairlə görüş olub
Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində dünya şöhrətli şair, filologiya elmləri doktoru, professor, ABŞ-ın Delaver Universiteti Senatının prezidenti Aleksandr Səlimovla görüş keçirilib.

Manera.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə Aleksandr Səlimov öz şeirlərini oxuyub, tamaşaçıların suallarına cavab verib.

Bakılı tamaşaçılar şairin yaradıcılığına böyük maraq göstəriblər.
Bakıda məşhur amerikalı şairlə görüş olub
Məlumat üçün bildirək ki, Aleksandr Səlimov 1963-cü ildə Mahaçqalada anadan olub. Onun valideynləri müəllim və incəsənət xadimləri olub. 1986-cı ildə Dağıstan Universitetini bitirən A. Səlimov 1989-cu ilə qədər Kuba Silahlı Qüvvələr Nazirliyinin beynəlxalq münasibətlər şöbəsində hərbi tərcüməçi vəzifəsində çalışıb. 1990-cı ildə ABŞ-ın Delaver Universitetinin magistraturasına, oranı bitirəndən sonra isə Pensilvaniya Universitetinin aspiranturasına daxil olub. 1996-cı ildə “İspan dili və ədəbiyyatı” ixtisası üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Delaver Universitetində ispan və Latın Amerikası ədəbiyyatından dərs deyir. ABŞ Pen-klubunun, Amerika Şairlər Akademiyasının üzvü, Boliviya Yazıçılar və Rəssamlar İttifaqının fəxri üzvü, UNESCO-nun fəxri mədəniyyət səfiridir. Onun kitabları və məqalələri İspaniyada, ABŞ-da, Kanadada, Cənubi Koreyada və Azərbaycanda nəşr edilib.

A.Səlimovun kitabları arasında “Çağırış və digər poemalar” adlı şeirlər məcmuəsi xüsusi yer tutur. İberiya-Amerika ədəbi cəmiyyəti tərəfindən nəşr edilmiş bu kitab 2018-ci ildə Viktoriya Urbano fəxri mükafatına layiq görülüb.

“Çağırış və digər poemalar” kitabına Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeirlər də daxil edilib.

MANERA.AZ


Baxış sayı - 964 | Yüklənmə tarixi: 07.04.2019 18:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031