manera.az
manera.az

Aşıq Ədalətin 80 illik yubileyi qeyd olunub

Aşıq Ədalətin 80 illik yubileyi qeyd olunub
Martın 11-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ustad aşıq, Əməkdar incəsənət xadimi Ədalət Nəsibovun anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Manera.az-a Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib. Bildirib ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə AAB-in sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açaraq Ədalət Nəsibovun keçdiyi ömür və sənət yolundan söz açıb, onun Azərbaycan aşıq sənətindəki xidmətlərindən, xüsusilə də solo saz ifaçılığında müstəsna xidmətlərindən danışıb.

M.Qasımlının apardığı məclisdə Xalq şairi Nəriman Həsənzadə, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal ustad aşıq Ədalət Nəsibovla bağlı xatirələrini bölüşüblər.
Aşıq Ədalətin 80 illik yubileyi qeyd olunub
Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu, Əməkdar mədəniyyət işçiləri Mahmud Məmmədov, Əhliman Rəhimov, Nemət Qasımlı, Ədalət Dəlidağlı və Samirə Əliyeva, eləcə də aşıqlardan Şaiq İncəli, Avdı Musayev, İlham Aslanbəyli, Altay Məmmədli, Nəbi Nağıyev, Dəmir Vəliyev, Səlim Göyçəli, Roman Azaflı, Əli Tapdıqoğlu, Şirin Şahbuzlu, Ruhiyyə Qarabağlı, Əfsanə Kərimli və digərləri bənzərsiz ifaları ilə ustadın ruhunu şad ediblər.

Sonda ustadın oğlu Hekayət Nəsibov çıxış edərək atasının xatirəsinin əziz tutulduğu üçün Mədəniyyət Nazirliyinə, Azərbaycan Aşıqlar Birliyinə və Qazax Xeyriyyə İctimai Birliyinə təşəkkürünü bildirib.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930