manera.az
manera.az

“Parafraz Nəşrləri”ndən növbəti kitab

📅 28.02.2019 17:49

“Parafraz Nəşrləri”ndən növbəti kitab
Yazıçı Xəyalə Muradın "Vanuatu adasının sakinləri" kitabının təqdimat mərasimi olacaq.

Manera.az-ın məlumatına görə, "Parafraz Nəşrləri"nin ikinci nəşri olan kitabın təqdimat mərasimi martın 3-də, "Kitabevim.az" Kitab Evinin "28 May" filialında, saat 14:00-dan 16:00-dək keçiriləcək.

312 səhifədən ibarət romanın redaktoru yazıçı, jurnalist Cavid Qədir, korrektoru jurnalist Nuranə Abbasovadır.

"Vanuatu adasının sakinləri" adanın "doğmalaşdırdığı" yadlar, pulun əsir etdiyi insanlardan bəhs edir.

Dostluğun düşmənliyə, güvənin güvənsizliyə, inamın inamsızlığa, yaşamın ölümə apardığı üç həftəlik "istirahət"də bir-birinə yad on dörd nəfər hava limanında ölüm müqaviləsi imzalayır. Üç həftə ərzində gözdən uzaq adada sağ qalmağı bacaran bir nəfər on milyonun sahibi olacaq.

Rəqibə çevrilmiş bu adamların taleyindən bəhs edən macəra dolu roman oxucusunu gözləyir!

Kitabın qiyməti 8 manatdır.


Baxış sayı - 1 318 | Yüklənmə tarixi: 28.02.2019 17:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930