manera.az
manera.az

“Qar kraliçası” tamaşası oynanılacaq

📅 30.12.2018 12:48

“Qar kraliçası” tamaşası oynanılacaq
Hər il uşaqlar üçün rəngarəng bayram tamaşaları hazırlayan Gənc Tamaşaçılar Teatrı bu dəfə balacaların görüşünə H.X Andersenin “Qar kraliçası” əsəri əsasında qurulan tamaşa ilə gələcək.

Teardan Manera.az-a verilən xəbərə görə, əsl bayram və qış ovqatında olan səhnə əsərinin rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğludur, musiqi tərtibatı İradə Muradovaya, plastik həll Ceyhun Dadaşova aiddir.

Tamaşada teatrın istedadlı aktyorları Mehriban Hüseynova, Könül Əbilova, İlqarə Tosova, Anar Seyfullayev, Vahid Orucoğlu, Aygün Fətullayeva, Xəyalə Meydanova, Ceyhun Məmmədov, Bəhram Həsənov, Qəmər Məmmədova, Zemfira Əbdülsəmədova, Dilarə Fərəcullayeva, Nuriyyə Əliyeva, Nuranə Hüseynova, Gülbəniz Lətifova, Elşən Şıxəliyev, Xaliq Bəkirov rol alıblar.
“Qar kraliçası” tamaşası oynanılacaq
Tamaşadan əvvəl teatrın foyesində Şaxta baba və Qar qızın iştirakı ilə balacalar üçün yeni il şənliyi nümayiş olunacaq. Həmçinin tamaşanın biletlərinə uşaqlar üçün hədiyyələr də daxildir.

MANERA.AZ


Baxış sayı - 1 360 | Yüklənmə tarixi: 30.12.2018 12:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031