Məmməd Araz Kiyevdə anılıb

Oktyabrın 18-də Kiyev şəhərində yerləşən Səməd Vurğun adına kitabxanada Məmməd Arazın 85 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi baş tutub.
Manera.az-ın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib.
Tədbirin tərəfdaşları Ukrayna Yazıçılar Birliyinin Kiyev təşkilatı, İslam mədəniyyət Mərkəzi, Boris Oleynik adına Ukrayna mədəniyyət mərkəzi olub. Tədbirin təşkilatçısı Marina Qançarukdur.
Yaradıcılıq gecəsinin iştirkaçıları arasında yazıçılar, professorlar, tərcüməçilər, ictimai xaidmlər, Azərbaycan diasporasının nümayəndələri yer alıblar. Tədbirdə Azərbaycanın Ukrayna səlahiyyətli səfiri Azər Xudiyev də iştirak edib.
Qonaqlar Ukraynanın əməkdar artisti Boris Lobodanın, tanınmış şair Şəhriyar Del Gerani və Səfai Naibovun rəhbərliyi altında fəaliyyət göstərən bazar günü məktəbinin şagirdlərinin ifasında Məmməd Arazın şeirlərini dinləyiblər. Bundan başqa, "Ləzginka” şou-balet qrupu öz kompozisiyasını təqdim edib.
Tədbirin aparıcısı məşhur tərcüməçi – şair Vano Krüger olub.
Həmçinin Azərbaycana həsr olunmuş "Nar çalarları poeziyası” Kiyev poeziya festivalının finalçılarının şeirlərini səsləndirilib.
Səməd Vurğun adına kitabxananın dostları Səbail rayon MKS-la birlikdə Məmməd Araza həsr olunmuş sənədli video və fotolar da tədbir boyunca qonaqlara nümayiş olunub../aznews.az/