manera.az
manera.az

Zakir Fəxrinin kitabının təqdimatı olub

📅 24.04.2018 09:22

Zakir Fəxrinin  kitabının təqdimatı olub
Azərbaycanda Atatürk Mərkəzində tanınmış şairi Zakir Fəxrinin “Şeirlər” (“Poems”) kitabının təqdimatı keçirilib. Tədbirdə ziyalılar, elm, mədəniyyət və ədəbiyyat xadimləri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan akademik Nizami Cəfərov şairin yaradıcılığından, poetik dünyasının zənginliyindən və özünəməxsusluğundan danışıb: “Zakiri ədəbiyyata, poeziyaya, sonralar formalaşıb poetik “mən”ə çevriləcək insan “mən”i gətirdi. Zakir Fəxrinin həmin o poetik “mən”i yalnız poeziyasında yox, onun məqalələrində, müsahibələrində, dünya poeziyasından çevirdiyi çoxlu sayda poetik tərcümələrində də özünü büruzə verdi. Bu poetik “mən” nə qədər gerçəkliyin mistikasıdırsa, bir o qədər də mistikanın gerçəkliyidir, nə qədər irreallığın reallığıdırsa, bir o qədər də reallığın irreallığıdır”.

Tədbirdə Azərbaycan Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Milli Məclisin deputatı Musa Quliyev, Mətbuat Şurasının sədr müavini Umud Rəhimov, professor Qulu Məhərrəmli, akademik Hətəm Quliyev, tənqidçi Vaqif Yusifli, şair Vaqif Bəhmənli və digər qonaqlar şairin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Bildirilib ki, kitab şairin 70 illik yubileyi və Azərbaycan Tərcümə Mərkəzinin, milli ədəbiyyatın dünyada tanıdılması layihəsi çərçivəsində nəşr edilib. Kitaba müəllifin ingilis və Azərbaycan dilində “Qarabağsız”, “Bir ömrün tarixi”, “Qalmaz belə, qalmaz dünya”, “Yaza və yoza bilmədiyim yuxu”, “Rekviyem”, “Qaranlıqdan aydınlığa”, “Qara Məlik, Qara Qəzənfər və mən” kimi məşhur şeirləri daxil edilib.


Baxış sayı - 1 378 | Yüklənmə tarixi: 24.04.2018 09:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031