manera.az
manera.az

DANARĞAN FACİƏSİ

DANARĞAN FACİƏSİ


Tariximizi araşdırdıqca hansı daşı qaldırırsan, altında bir erməni hiyləsi, erməni qaniçənliyi çıxır.Hələ yazılanlar, bilinənlər, tarixə düşənlər bu qədərdir, gör unudulan, tarixə, yazıya düşməyən nə qədər faciələr var. Yanaşı yaşandığı müddətdə türk milləti irili-xırdalı o qədər erməni hiyləsinə məruz qalıb ki, artıq onları qələmə belə almayıb və ümumiyyətlə, türk millətinin yazı ilə arası yaxşı olmayıb.Niyə? Burada beyni məkrlə dolu olanlar tez deyirlər ki, türkün qılınc tarixindən başqa nəyi olub ki, yazaydı.Geriyə getdikcə dildən tutmuş fikrə qədər türk milləti elə bir möhtəşəmlik yaşayıb ki, yazıyla, ona xırda görünən olayları böyüdüb tarix sanmaqla məşğul olmayıb.Kiçik gəlib onlara.Qutlu olub, az danışıb, sözlə xırdalanmayıblar.İlahidən alınan, ya da verilən qutu içlərində bütöv saxlayıblar.
Tarixdə yaşananları sadalamaq fikrim yoxdur.Mən tarixə düşməyən, artıq yaddaşlardan da silinmək üzrə olan bir olayı, balaca bir kənddə erməni vəhşiliyinin növbəti sübutunu danışacam.Olay, əgər buna olay demək olarsa, Qərbi Azərbaycanın Karvansaray rayonunun Haqqıxlı kəndində, 1919-cu ildə baş verib.Kənd Qazaxdan sonra ilk Azərbaycan kəndidir, yaxında nə erməni, nə də başqa millətə aid heç bir kənd yoxdur.Coğrafi mövqeyinə görə üç respublikanı birləşdirən Ağstafa çayı boyunca dağların arası ilə uzanan Ağ yol adlanan magistraldan 4 km qərbdə yerləşir.Ağ yoldan kəndə dönüşə Cələ deyirlər.Mənzərə möhtəşəmdir.Cələdə Ağstafa çayının üstündən Şinkara tərəf körpü keçir.Burada məşhur Gülsənəm, Kartoflu bulaqları var və bura ətraf rayonların gəzinti yeri kimi məşhur olub.Cələ yolüstü olduğundan burada dükan, dəyirman, karvansara və olacaqlar (kiçik evlər) varmış.
Bu kənd 1905-ci ildə bir dəfə böyük erməni hücumuna məruz qalaraq qaçır, Qazağa-Qaramana, Qaraqoyunluya sığınır, ara sakitləşəndə geri qayıdırlar. Camaat yenidən doğma kəndə qayıdır, yandırılıb talan olunmuş kəndi yenidən həyat bərpa edirlər, evlər tikilir, tarlalar əkilir, ermənilərlə münasibət düzəlir, dostluqlar qurulur.Ancaq bu uzun sürmür, 1918-ci ildən xırda toqquşmalar başlayır, Nuru paşa qoşunla gəlib buradan keçərkən şair-sahibkar Molla Nəbi Talibin qonağı olur.Nuru paşa soruşur ki, bu ermənilər sizi narahat edirmi, edirsə deyin qıraq keçək.Molla Nəbi deyir, yazıq millətdir, qapıda- bacada bir qarın toxluğuna əlimizdə işlədirik, səsləri də çıxmır, dəyməyin.
Bir il keçmir ki, səsi çıxmayan erməninin elə bir səsi çıxır ki, harayları hələ də qulaq batırır.
Vaxt gəlir 1919-cu ilin iyun ayına.Çaxnaşmalar olur tez-tez.Ermənilər ordan burdan gah kəndə soxulur, gah müxtəlif şəkillərdə camaatı qorxutmağa çalışır.Birinci qaça-qaçdan gözü qorxan camaat hazır durur ki, hər an erməni hücum edib insanları öldürə bilər. Kirvə ermənilər özləri xəbər verirlər ki, bizimkilər sizi qıracaqlar, ancaq bu bizim günahımız deyil.Hiyləgərliyə bax ki, həm özləri öldürürlər insanları, həm də bunu hansısa məchul bir erməninin boynuna qoyurlar.
Hansı siyasət, hansı ideologiya insan ölümünə bəraət qazandıra bilər? Ömür, yaşam hansı ideologiya və ya siyasətə bərabər tutula bilər?
1919-cu ilin iyun ayı.Erməni bir neçə yöndən kəndə hücum edir.Əvvəlcədən xəbər gəlir ki, onsuz da sizi qıracağıq.İlk qoşun Cələyə tökülür.Cələdə, Molla Nəbinin dükanında əylənirlər.Molla Nəbi erməni gəlir deyə bir adamla kəndə xəbər göndərir, bu yandan cöngə kəsilib kabablar bişir, qoşunun başı qarışdırılır ki, camaat kənddən çıxıb qaça bilsin.O yandan da məşhur kişmişlə, ləpəylə bəslənən Sarı atı qaçırtdırır, bilir ki, erməni əl çəkməyəcək.Erməni doyandan sonra, doğrudan da, Sarı atı istəyir, atın olmadığını deyən kəndin, mahalın ziyalısı, tanınmış adamı olan şair Molla Nəbini gülləylə vurur ki, atı qəsdən qaçırtmısan, aşağı enib öz dükanında Kərbəlay Yusufu vurur, sonra kəndə çıxıb kəndi boş görüb yağmalayıb qayıdırlar.Meşəyə, dağa dərəyə gizlənən camaat sonradan qayıdır kəndə.
Bir həftədən sonra erməni yenidən kəndə hücum edir, artıq Kərbəlayı da, Molla Nəbi də həyatda deyillər.Camaat iki yerə bölünür, bir qismi kənd müəllimi, Molla Nəbini qardaşı Məmmədalının təklif etdiyi yöndə gedib sağ-salamat ( yaralananlar var idi) Qazağa çatırlar.Burada onları N.Nərimanov və Muxtar Hacıyev qarşılayır.
Camatın ikinci bölüyü-Hacıöyü tayfasından 76 adam kəndin üst tərəfndəki Danarğana tərəf gedir və erməniyə tuş gəlir.Kənd camaatının lənətlə xatırladığı Hamayak dəstənin başında imiş. Hamayakın dəstəsində kənd camaatının tanıdığı kirvələr varmış, ona görə inanıb onlarla gedirlər. 76 nəfəri aparıb kənddən 3km yuxarıda Danarğanda qışlaq tikilisi olan dama doldurublar.Hamayak qabaq qapıda, hər tərəfdə də silahlı ermənilər, binanı mühasirəyə alıblar.
Meşəlikdən keçəndə kirvənin biri Hasan adlı gənci qaçırdıb ki, get qalan camaata xəbər elə. Digər iki gənc-Balagədə və Hacı qaçmaq istəyəndə vururlar, bir ölür, biri yaralanıb, orda gördüklərini daha sonra camaata danışıb.
76 nəfərin içində olduğu dama bomba atıblar.İçəridən tüstü-duman qarışıq ağlaşma, bağırışma səsləri gəldikcə Başda Hamayak olmaqla ermənilər kənardan baxıb həzz alaraq gülürmüşlər. Yaralının dediyinə görə bir həftə damdan inilti, zarıma səsləri gəlib.Camaatı dama doldurarkən 9 göyçək qadını-2 qız, 7 gəlini seçib özləri ilə aparıblar.
Beləcə, bir kənd ikinci dəfə dağılıb.Aradan iki il keçəndən sonra yenidən camaat qayıdıb həmin, yandırılmış, talan edilmiş kəndi bir daha bərpa edib burada yaşayıblar.Ta ki, 88-ci ildə birdəfəlik bütün Qərbi Azərbaycan məkrli yolla boşaltdılana qədər.Artıq 30 ildir hələ də oraya qayıtmaq mümkün olmayıb, buna cəhd belə edilmir.Xalq sızlasa da, arzulasa da heç nə dəyişmir.
Həmin 9 gözəl qadının taleyi də sonra bəlli oldu.Onları erməni öldürməyib, özlərinin gen siyasətinə görə aparıb öz alçaq insanları ilə evləndiriblər.Onlardan biri Həmzəçimən kəndində (Erməni kəndinin adı niyə Həmzəçimən olsun ki.Demək, digər yerlər kimi buranın da tarixi bizə aid olsa da, təəssüf ki, sübut edə bilirik) görülüb, erməni ilə evli imiş, 4 oğlu varmış.Deyib ki, bizimkilərdən heç kimi görmək istəmirəm, bizim millətdən adam görəndə qaçıb gizlənirmiş.(Bu da başqa bir faciə).
Sonra Sovet hökumətinin dinclik vaxtında kənd camaatı Danarğanda bomba atılıb öldürülən 76 nəfərin sürsümüyünü, kəlləsini yığıb gətirib kənd qəbristanlığında gizlicə dəfn ediblər, toplu və gizli məzar yaradıblar. Sovetin qorxusundan, milli məsələ adlanmasın deyə bunu gizlin edib səsə salmayıblar.
Bir tayfa yer üzündən silinib.Günahları türk olmaq idi. Bu 76 nəfərin faciəli ölümü hələ ki, heç bir tarixə, yazıya, sənədə düşməyib.Ancaq hələ ki, silinməkdə olan yaddaşlardan məlumatları qırıq qırıq alırıq.Artıq yaşlı insanlar çox az qalıb.Yaddaşlara da etibar yoxdur.
Bu, erməninin törətdiyi sayısız və cəzasız cinayətlərdən biridir.
Bbu gün yenə də erməniyə meyllənmələr görülür,unuduruqmu olanları.Bütöv bir nəsili yer üzündən sildilər, bu unudulurmu?O doqquz gənc qadının nələr yaşadığını hiss edirikmi?Bir hrank öləndə ürəyi ağrıyanların bu 76 günahsıza da ürəkləri ağrıyarmı? Ya da dost olun, amma çomağı əlinizdən yerə qoymayın.

Ayişə Nəbi
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728