manera.az
manera.az

Gəlin borcumuzu qaytaraq...

📅 02.02.2018 09:37

Gəlin borcumuzu qaytaraq...


Məsləhət görülməyən vərdişlər və qadağalar sağlam cəmiyyətin olması üçün nəzərdə tutulur. Qadağalar ümumilikdə cəmiyyətə şamil olunur və insanları toplum formada nəzərdə tutur. Hər bir fərd cəmiyyətin bir üzvüdir. Məsələn, məsləhət görülür ki siqaret çəkməyin, ona görə ki, siqaret çəkən insanda ağ ciyər xəstəliyi, bronxial astma , hətda xərcəng xəstəliyi də yarana bilər və bu xəstəkliklər sonrakı nəsillərə irsi olaraq keçir və gələcəkdə cəmiyyətdə xəstəliklərin sayı artır. Bu o demək deyil ki, siqaret çəkən bütün insanlar bu xəstəliklərə düçar ola bilərlər. Bir qrup insanlar bu cür xəstəliklərə tez tutulur.Bu təkcə siqaret çəkməyə aid deyil, bu kimi çoxlu sayda digər məsələlər vardır. Ona görədə cəmiyyət bu cür qadağaları, məsləhətləri, kəlamları və atalar sözlərini araşdırmalı, öyrənməli və müsbət nəticələr çıxarmalıdı.
Yəqin çoxları da mənim kimi cəmiyyəti bir insan orqanizminə bənzədirlər. İnsan orqanizmində yeni hüceyrələr yaranır və köhnələri sıradan çıxır. Cəmiyyətdə də yeni körpələr dünyaya gəlir və yaşlı nəsil dünyasını dəyişir. İnsan orqanizminin hər hansı bir üzvü zədələndikdə insan xəstələnir və əziyyət çəkir. İnsanın sağlam orqanizmə malik olması üçün sağlam həyat tərzinin seçilməsi vacib məsələdir.
Cəmiyyətin də sağlam olması üçün hər bir fərdin bütün pis vərdişlərdən uzaq olması vacib məsələdi. Ona görə də gənc nəsilə pis vərdişlərdən uzaq durmağı məsləhət görərkən vacibdir ki, bunlar geniş formada izah olunsun. Həm ailədə, həm orta məktəbdə və həm də ali təhsil müəssisələrində bu istiqamətdə gənclərlə maarifləndirmə işləri aparılmalıdı. Bu bizim öhdəmizə düşən insanlıq borcumuzdur. Gəlin borcumuzu qaytaraq...

Mirkazım Abdullayev
Manera.az


Baxış sayı - 1 610 | Yüklənmə tarixi: 02.02.2018 09:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031