manera.az
manera.az

Sona Vəliyevanın yeni kitabı çap olundu

📅 01.11.2017 23:50

Sona Vəliyevanın yeni kitabı çap olundu
Filologiya üzrə fəlsəfə doktoru, şair Sona Vəliyevanın "Ruhun yaddaşı” adlı yeni kitabı çap olunub.

Kitab yeddi bölmədən -"Elm”, "Ədəbiyyat”, "Hüseyn Cavid”, "Sənət”, "Kitab", "Mətbuat tarixi və media”, "Portret”, "Rəy”, "Müsahibələr” - ibarətdir.

MANERA.AZ xəbər verir ki, "Zərdabi” nəşriyyatında çap olunan kitabda Sona Vəliyevanın elm, mədəniyyət, ədəbiyyat, media tarixi və görkəmli ziyalılarımız haqqında fərqli dünyagörüşünü, düşüncə tərzini ehtiva edən esseləri, məqalələri, araşdırma yazıları toplanmışdır.

Müsahibələrinin də yer aldığı nəşrdə Sona Vəliyevanın keçdiyi həyat yolu, sənət və ədəbiyyata münasibəti, mediamızın inkişafındakı uğur izləri ilə tanış ola bilərsiniz.

"Ruhun yaddaşı” müəllifin, yaradıcılığına, düşüncələrinə, həyat meyarlarına bələd olmaq istəyənlər üçün müstəsna əhəmiyyətə malikdir.

Sona Vəliyevanın yeni kitabı çap olundu


Baxış sayı - 1 538 | Yüklənmə tarixi: 01.11.2017 23:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031