manera.az
manera.az

"Melanxoliya və depressiya fərqli anlayışlardır"- Tərcümə

"Melanxoliya və depressiya fərqli anlayışlardır"-  Tərcümə


Uilhelm Şmit Almaniyanın çağdaş dövr yaşam filosoflarından biri hesab olunur. O, “Eşq”, Dostluqdakı səadətə aid”, “ Bədbəxt olmaq” və sair kitabların müəllifidir. Onun Türkiyədə verdyi müsahibədən bəzi fikirləri qısa ixtisarla təqdim edirik:
***
Davam edən bir həyat qocalığa doğru gedən həyatdır. Bəzi insanlar diqqətsizlik və sakit qalmağı eyni şey kimi xarakterizə edirlər, amma bu, əsla belə deyil. Diqqətsiz qalmaq sakit olmaq, sakit yaşamaq demək deyil. Diqqətsizlik toplum həyatına qatılmamaq deməkdir. Bunun əksi olan sakitlik isə dünya ilə maraqlanmaqdır. Bilgisiz bir həyat kasıb olmaq deməkdir. Sakitlik həyatı dolu-dolu yaşamaqdır.
***
Sakit qalmağı anamdan öyrənmişəm. Elə bir formada qocaldı ki, heyran qalmamaq mümkün deyildi. O vaxtlar qərar verdim ki, mən də anam kimi gözəl qocalacam. Həm də fəlsəfə tarixini oxuyurdum, öyrənirdim, axı fəlsəfə 2500 ildir sükunət məsələsiylə maraqlanır.
***
Melanxoliya və depressiya tamam fərqli anlayışlardır. Həkimlərin depressiyaya meyilli kimi qiymətləndirdiyi insanların bir çoxu əslində sadəcə melanxolikdir. Melanxoliya və kədər insanda yaradıcılığın mənbəyidir. Yaradıcı olmaq istəyirsinizsə, kədərlə barışmağı bacarmalısız.
***
Hər hərəkətin bir müddəti var. Bir gün hansısa hərəkət bitər və ona əks olan yeni bir hərəkət başlayar. Basqı sistemi hələ də davam edir, amma bir əsr davam etməyəcək. Bəlkə də indi gələcək üçüb ümidsizlik içindəyik, amma gözləməliyik və gözləməyə davam etməliyik.
***
Filosoflar arasında bütövlük yoxdur. Hamısı öz sistemini inşa edər və digər filosofu görməməyə çalışarlar. Amma indiki dünyada siyasi atmosfer çətinliklər yaratsa da, insanları bir yerə gətirmək kimi pozitiv bir nəticəsi də var. Bu səbəbdən modern filosoflar daha çox bütöv olmağa can atırlar. Bu səbəbdən də gələcək üçün ümidli olmağa dəyər.

Tərcümə:
Tural İsmayılov
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031