manera.az
manera.az

"Düşmən bizim aramızdan da dəstəkçilər tapır" - Qafar Çaxmaqlı / MANERA.AZ

"Düşmən bizim aramızdan da dəstəkçilər tapır" - Qafar Çaxmaqlı / MANERA.AZ


Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANiB) təşkilatçılığı ilə fevralın 7-də “İrqçi ideologiya olan erməni düşüncə sistemi: Faşist “Yeninizam” anlayışı və Njdenin “Tsexakronu” mövzusunda seminar keçirlib.

Toplantını giriş sözü ilə açan DANİB sədri Elməddin Behbud seminarın saxta erməni soyqırımı iddialarının 100-cü ildönümünə həsr edildiyini bildirib. Təşkilat sədri ermənilərin 1915-ci ildə Şərqi Anadoluda baş verən hadisələri dünyaya “soyqırım” aktı kimi tanıtmağa çalışmasının kökündə Türkiyəyə qarşı torpaq iddialarının durduğunu deyib. E.Behbud ötən yüzildə ermənilərin və havadarlarının iddialarını sübuta yetirəcək heç bir əsaslı elmi, tarixi fakt ortaya qoya bilmədiklərini və 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu saxtakarlıqların qarşısında artıq Türkiyənin yalnız deyil, güclü Azərbaycan dövləti ilə birgə dayandığını qeyd edib. DANİB sədri erməni millətçiliyinin faşist mahiyyətindən gənc nəslin xəbərdar olması və düşmənlə bütün sahələrdə olan mübarizədə uğur qazanmağımız üçün dövlətlə yanaşı vətəndaş cəmiyyətinin, o cümlədən, gənclər təşkilatlarının da yerli və beynəlxalq miqyasda Azərbaycan həqiqətlərini fəal şəkildə təbliğ etməli olduğunu vurğulayıb.

Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin ikinci katibi Murad Yalçın təmsil etdiyi dövlətin heç bir halda təzyiqlərə boyun əyərək tarixinin təhrif olunmasıyla razılaşmayacağını deyib. Keçirilən seminarın mövzusunu yüksək dəyərləndirdiyini bildirən Murad Yalçın 1915-ci il hadisələrini tarixçilərin tədqiqat mövzusu hesab etdiyini və Türkiyənin rəsmi dövlət arxivlərinin bütün araşdırmaçılara açıq olduğunu qeyd edib. Diplomat DANİB-in tarixi həqiqətlərin təbliği sahəsində fəaliyyətini alqışladığının bildirib.

Seminarda Türkiyənin Ərciyəz Universtetinin ermənişünaslıq bölməsinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Chaxmaqli geniş məruzə ilə çıxış edib. Ermənilərin Şərqi Anadoluda məskunlaşması ilə bağlı tarixşünaslıqda bir neçə nəzəriyyənin olduğunu deyən Qafar Çaxmaqlı bu gün dünyada tarixi faktların saxtalaşdırılması işində düşmənin öz aramızdan da dəstəkçilər tapdığını təəssüflə qeyd edib. Erməni millətçiliyi ideologiyasının gerçək irqçi və faşist əməllər üzərində bərqərar olduğunu bildirən ermənişünas alim müxtəlif cərəyanlardan konkret faktları iştirakçıların diqqətinə çatdırıb. Njdenin irqçi “Tsexakron” nəzəriyyəsinin Ermənistanın hakim Respublikaçılar Partiyasının rəsmi ideologiyası olduğunu və onun əsasında türk millətinə nifrətin dayandığını qeyd edib.

Seminarda çıxış edən Gənclər və İdman Nazirliyi yanında Gənclər Təşkilatlarının İctimai Şurasının sədri Nurəddin Mehdiyev DANİB-in gənclərin vətənpərvərlik və vətəndaşlıq hisslərinin gerçək elmi faktlara söykənərək təbliğinə hər zaman xüsusi diqqət ayırdığını və bunun təqdirəlayiq olduğunu bildirib. N.Mehdiyev gənclərin tarixi olduğu şəkildə mənimsəməsinin və Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin qəbul etdiyi şəkildə onlarla təbliğ etməsinin vacibliyini vurğulayıb. Ermənilərin 1915-ci il hadisələrinin 100-cü ildönümünə hazırlıq istiqamətində gördüyü işləri toplantı iştirakçılarının diqqətinə çatdıran N.Mehdiyev saxta iddialara qarşı yeni və təsirli mübarizə vasitələri ilə bağlı təkliflərini səsləndirib.

Seminar mövzu ətrafında diskusiyalarla öz işini davam etdirib.

Tural Turan, hafta.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031