manera.az
manera.az

Jurnalistika kursuna qəbul başlanır

📅 14.12.2016 13:22


Jurnalistika kursuna qəbul başlanır

Bir vaxtlar Əli Kərim adına Sumqayıt Poeziya Klubunda fəaliyyət göstərmiş “Müxbirlər dərnəyi” jurnalist peşəsinə könül verən neçə-neçə gəncin üzə çıxmasında rol oynayıb. Ənənəni davam etdirmək istəyi ilə yenidən belə bir kursu açmağa qərar vermişik. Özü də yaş fərqi qoymadan. Hazırda ölkəmizdə media şəbəkəsi xeyli genişlənib.

Saysız qəzet və jurnallar, kitablar dərc olunur. TV-lər, nəşriyyatlar fəaliyyət göstərir. Həyatımızı müasir elektron KİV-dən - internet portallardan, xəbər saytlarından, bloqlardan ayrı təsəvvür etmək çətindir. Bütün bunları idarə etmək, xəbərləri peşəkar şəkildə hazırlayıb təqdim etmək üçünsə yüksək hazırlıqlı redaktorlara, müxbirlərə, aparıcılara, şərhçilərə tələbat var. Yəni qabiliyyəti, istedadı, həvəsi olan heç kəs redaksiya işindən kənarda qalmaz. Biz də sizin müxbir olmaq istəyinizin gerçəkləşməsi yolunda ilk əməli addımı atmaq, hər birinizə ilkin yazı vərdişləri aşılamaq, jurnalistika janrları barədə vacib nəzəri bilikləri öyrətmək niyyətindəyik.

Kursun bir missiyası da Azərbaycan dili, natiqlik sənəti ilə bağlı gəncləri maarifləndirmək, onlarda ünsiyyət qurma, dialoqa girmə və özünüifadənin formalaşmasına nail olmaq, intonasiya vərdişlərini öyrətməkdir. İfadəlilik bacarığı və aydın tələffüz üsulları da interaktiv formada təlim ediləcək. Azərbaycanın ünlü publisistləri ilə görüşlər, tanınan mətbu orqanların redaksiyalarına, TV-lərə ekskursiyalar da təşkil olunacaq.

Jurnalistika kursuna tanınmış şair-publisist, H.B. Zərdabi mükafatı laureatı Əli Nəcəfxanlı rəhbərlik edir.

Əziz gənclər! Qoy, istəyiniz mərama çevrilsin, məqsədiniz reallaşsın! Kursu uğurla bitirənlər müvafiq sertifikatlar alacaqlar.

Ünvan: Sumqayıt şəhəri, Heydər Parkı, “Poeziya Evi”. Arzulayanlar müraciət edə bilərlər.

Əlaqə üçün tel: 044 208 01 61 mob: 077 219 14 24


Baxış sayı - 1 792 | Yüklənmə tarixi: 14.12.2016 13:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031