manera.az
manera.az

“Mənim rəsmim” müsabiqəsi keçirilir -Uşaqlar üçün |MANERA,AZ

📅 09.06.2016 10:54

“Mənim rəsmim” müsabiqəsi keçirilir -Uşaqlar üçün  |MANERA,AZ

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Resm” zərgərlik brendinin təşkilatçılığı ilə uşaqlar üçün “Mənim rəsmim” adlı yaradıcılıq müsabiqəsi keçirilir.

Müsabiqənin məqsədi balaca rəssamların və gələcəyin dizaynerlərinin ornamentlərə maraqlarını dəstəkləmək və milli naxışlarımızın tarixi dəyərinin gələcək işlər üçün ilham mənbəyi olduğunu göstərməkdir.

Azərbaycanın hər guşəsindən olan 6-15 yaşadək bütün uşaqlar çəkdikləri ornamenti iyulun 30-dək resm@resm.az elektron ünvanına, “Resm”in “facebook” səhifəsinin şəxsi mesaj bölümünə göndərməklə və ya saat 11:00-19:00 arası 28 may küç. 46E ünvanında yerləşən “Resm” mağazasına gətirməklə müsabiqəmizdə iştirak edə bilərlər.

İştirakçılar münsiflər heyəti tərəfindən 3 yaş kateqoriyasına bölünəcək (6-8, 9-12, 13-15 yaş) və hər kateqoriyadan 3 qalib seçiləcək. Bundan əlavə, “facebook” səhifəmizdə ən çox “bəyən” toplayan naxış– izləyici rəğbəti qazanmış qalib sayılacaq.

İyulun 30-dan başlayaraq, işlər “Resm” brendinin “facebook” səhifəsində yerləşdiriləcək və sosial şəbəkə istifadəçiləri sentyabrın 10-dək izləyici rəğbəti qazanmış qalibi seçə biləcəklər.

Maraqlananlar müsabiqənin bütün qayda və şərtləri ilə www.resm.az saytında tanış ola bilərlər.


Baxış sayı - 2 975 | Yüklənmə tarixi: 09.06.2016 10:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031