manera.az
manera.az

“Kürmük alban məbədi – Azərbaycanın maddi-mədəni irsidir”

“Kürmük alban məbədi – Azərbaycanın maddi-mədəni irsidir”


Azərbaycan tarixinin qədim və erkən dövrlərini əhatə edən Qafqaz Albaniyası ölkə ictimaiyyətinin nəzər-nöqtəsindədir. Politeist və monoteist konfessiyalarının yaşadığı Qafqaz Albaniyası Azərbaycan tarixçiləri və arxeoloqları tərəfindən diqqətlə öyrənilir, tariximizin açılmamış səhifələri araşdırılır.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi bu istiqamətdə aparılan tədqiqat işlərinə marağı daha da artırıb.

MANERA.AZ xəbər verir ki, alim-tədqiqatçıların əldə etdikləri elmi nəticələri ali məktəb tələbələrinin, ölkə ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə aprelin 23-24-də “Azərbaycanın maddi-mədəni irsi – Alban Apostol Kilsəsi Qafqazın ən qədim kilsəsidir” layihəsi çərçivəsində bir qrup alim və tələbənin Qax rayonuna elmi turu təşkil olunub.

Səfər proqramına uyğun olaraq, elmi tur iştirakçıları əvvəlcə Qax rayon Tarix-diyarşünaslıq muzeyində olublar. Qonaqların diqqətinə çatdırılıb ki, 1981-ci ildən fəaliyyət göstərən bu muzeydə hazırda rayonun tarixi keçmişindən soraq verən 11 mindən artıq muzey əşyası saxlanılır.

Qonaqlar Bilik Fondunun Qax rayon nümayəndəliyinə - Bilik evinə də baş çəkib, burada yaradılan şəraitlə tanış olublar.

Sonra Qax şəhərindəki Heydər Əliyev Mərkəzində “Kürmük alban məbədi – Azərbaycanın maddi-mədəni irsidir” mövzusunda “dəyirmi masa” keçirilib.

Ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova açaraq, multikulturalizmin Azərbaycanın dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrildiyini vurğulayıb, ölkəmizdə multikultural ənənələrin qorunması və inkişaf etdirilməsi istiqamətində davamlı iş aparıldığını diqqətə çatdırıb.

BBMM-in baş məsləhətçisi Rəşad İlyasovun moderatorluğu ilə keçən “dəyirmi masa”da AMEA-nın alimləri, arxeoloq və memarlar Azərbaycan multikulturalizminin qədim laylarından olan alban abidələri haqqında apardıqları araşdırmalar barədə tədbir iştirakçılarına maraqlı məlumatlar veriblər.
“Kürmük alban məbədi – Azərbaycanın maddi-mədəni irsidir”
Tədbir çərçivəsində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və “Azərbaycanın maddi-mədəni irsi – Kürmük Alban məbədi” kitablarının təqdimatı olub.

Səfər proqramına uyğun olaraq elmi tur iştirakçıları aprelin 24-də Qax rayonundakı qədim tarixi abidələrlə, məbədlərlə tanış olublar.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031