manera.az
manera.az

"İncəbel və Div" uşaq tamaşasının premyerası olub _MANERA

📅 25.02.2016 11:41

 "İncəbel və Div" uşaq tamaşasının premyerası olub             _MANERA
Mingəçevir Dövlət Dram teatrında "İncəbel və Div" uşaq tamaşasının premyerası keçirilib

Manera.az-ın məlumatına görə, Rəvan Tohidoğlunun müəllifi olduğu "İncəbel və Div" nağılı əsasında hazırlanan tamaşaya xalq artisti Ağaxan Salmanlı quruluş verib.

Gənc nəslin təlim və tərbiyəsində,onların etik və estetik mənəviyyatının inkişafında əvəzsiz rol oynayan alleqorik , nağıl - pyeslərin əhəmiyyəti olduqca böyükdür.Xalqa vətənə məhəbbət,adət və ənənələrə bağlılıq,böyüyün kiçiyə diqqəti və xüsusi ilə də kiçiklərin yaşlılara olan hörməti hər zaman nağıl pyeslerin ideya-bədii leytmotivinin başlıca ana xəttini təşkil edib.

"İncəbel və Div" tamaşası da bu ideya üzərində köklənib.

Tamaşada göstərilir ki,böyüklərin, ata - anaların sözünə baxmayanları, onların nəsihətlərini qulaq ardına vuranları , yaşlı insanların qəlbini qıranları heç də yaxşı aqibət gözləmir,onlar həyatın çətin və mürəkkəb sınaqları ilə qarşılaşmalı olurlar.Mənəvi yüksəlişdən məhrum olan və günaha batan bu insanların yalnız bir çarəsi var: hörmətsizlik,qabalıq,etinasızlıq kimi hərəkətlərin bədəlini ödəmək zərurətini idrak edərək çətin sınaqlardan alnıaçıq çıxmaq və vaxtında özünü ittiham edib, arınmaqla doğru-dürüst yola geri dönməkdir.

Qeyd edək ki, tamaşanın bu ideyasını sevilən aktyorlarımız Fəridə Məmmədova, Elmira İbrahimova, Amil Fərzəliyev, Aytən Allahverdiyeva, Asim Əmirov, Eyvaz Əliyev, Paşa Salmanov və Asim Məmmədov özünə məxsus sənətkarlıqla gerçəkləşdirirlər. Balaca fidanlar tərəfindən böyük alqışla qarşılanan tamaşanın musiqi tərtibatı Elnur Rəsulov, quruluşçu rəssamı Ləman Salmanlı, rejissor köməkçisi Xəyalə Qəmbərovadır.


MANERA.AZ



Baxış sayı - 1 597 | Yüklənmə tarixi: 25.02.2016 11:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031